23 may 2025, 19:10
Günel Abbasovadan, Laçın, Azərbaycan
Möhtərəm cənab Prezident,
30 ilə yaxın işğal altında qalmış torpaqlarımız Ali Baş Komandan kimi məhz Sizin siyasi və hərbi məharətiniz sayəsində, müdrik rəhbərliyinizlə şanlı Ordumuz tərəfindən azad edildi. Doğma Qarabağa, həmçinin Laçına uzun sürən həsrətimiz Sizin komandanlığınız altında sona çatdı, Vətən müharibəsi şanlı qələbə ilə nəticələndi. Ölkəmiz və xalqımız üçün tam suveren şəraitdə yeni həyat başladı. Bu qalibiyyət nəinki bizim, hətta gələcək nəsillərimizin qürur mənbəyi olacaqdır.
Cənab Prezident, bizə böyük Zəfər sevinci yaşatdığınız üçün Laçın şəhər sakinləri adından Sizə dərin təşəkkürümüzü bildirir, möhkəm cansağlığı, uzun ömür arzulayırıq.
Hörmətlə,
Abbasova Günel İsrafil qızı
Azərbaycan Respublikası, Laçın şəhəri.