Rəna Dəmirova, Naftalan, Azərbaycan
Hörmətli cənab Prezident,
Sizin uzaqgörən siyasətiniz, müdrik rəhbərliyiniz və yorulmaz fəaliyyətiniz nəticəsində ölkəmizin hər bir bölgəsində olduğu kimi Naftalan şəhərində də sürətli inkişaf yaşanır. Naftalan bu gün təkcə respublika əhəmiyyətli kurort mərkəzi deyil, həm də beynəlxalq səviyyədə tanınan sağlamlıq mərkəzidir.
Sizin diqqət və qayğınız sayəsində şəhərimizdə genişmiqyaslı abadlıq və yenidənqurma işləri həyata keçirilmiş, müasir infrastruktur yaradılmış, yeni müalicə sağlamlıq mərkəzləri istifadəyə verilmişdir. Bu inkişaf həm sakinlərimizin gündəlik həyat keyfiyyətinə, həm də şəhərimizə gələn yerli və xarici turistlərin rahatlığına müsbət təsir göstərməkdədir. Naftalanda yaradılan yeni iş yerləri iqtisadi fəallığın, əhalinin rifah halının yüksəlməsində mühüm rol oynayır. Bu uğurlar şəhərimizin parlaq gələcəyinə və insanların rifahına verdiyiniz böyük töhfənin bariz nümunəsidir.
Əziz Prezidentimiz, Sizə dərin ehtiramımızı bildirir, xalqımıza və dövlətimizə göstərdiyiniz xidmətlərə görə təşəkkür edirəm. Əminik ki, rəhbərliyinizlə Azərbaycan daha da güclənəcək və qüvvətlənəcək.
Hörmətlə,
Dəmirova Rəna Şahmar qızı
Azərbaycan Respublikası, Naftalan şəhəri.