27 may 2025, 12:00

Ceyran İbrahimova və başqalarından, Göygöl, Azərbaycan

Möhtərəm cənab Prezident,

Bizi qonşu Gəncə şəhəri ilə sıx tellər bağlayır. Tez-tez bu şəhərə qohum-əqrabalarımızın yanına gedib-gəlirik. Ötən ilin sonlarından Gəncə şəhərində abadlıq və bərpa-quruculuq işləri yeni vüsət almışdır. III MDB Oyunları ilə bağlı görülən bu işlərin səliqə-səhmanı, gözəlliyi həmin mötəbər idman yarışının yaxşı təşkil ediləcəyinə əminlik yaradır. Bu işlər gəncəlilər kimi, biz göygöllüləri də bir qonşu kimi çox sevindirir. Həm də bu oyunlar təkcə Gəncəni deyil, bütövlükdə regionu əhatə edir. İnşaallah III MDB Oyunlarına tamaşaçı qismində qatılmaq niyyətindəyik.

Cənab Prezident, Gəncədə III MDB Oyunlarının keçirilməsinə lazımi şərait yaradılmasına, ümumilikdə ölkəmizin regionlarına göstərilən qayğıya görə Sizə öz dərin minnətdarlığımızı bildiririk. Sizə gələcək işlərinizdə də uğurlar arzulayırıq.

Hörmətlə,

Ceyran İbrahimova,

Roza Verdiyeva,

Kənan İsmayılov

Azərbaycan Respublikası, Göygöl rayonu.