Qasımova Nigar və başqalarından, Gəncə, Azərbaycan
Hörmətli cənab Prezident.
Ölkəmiz Sizin rəhbərliyinizlə həyata keçirilən uğurlu siyasətin fonunda böyük inkişaf yolu keçib. Bu hərtərəfli inkişaf bütün sahələri əhatə etməklə yanaşı, Azərbaycanın iqtisadi qüdrətinin artmasını təmin edib, nəzərdə tutulan bütün proqramlar, o cümlədən infrastruktur layihələri müvəffəqiyyətlə icra olunub.
Ölkəmizdə regionların sosial-iqtisadi inkişafı da diqqət mərkəzindədir və bu istiqamətdə kompleks tədbirlər həyata keçirilir. Gəncə şəhərində də quruculuq işləri aparılır, infrastruktur yaxşılaşdırılır.
Cənab Prezident,
Qədim Gəncəmizdə aparılan abadlıq-quruculuq işlərinə görə Sizə minnətdarlığımızı bildirir, cansağlığı arzulayırıq.
Hörmətlə,
Qasımova Nigar,
Məmmədova Lalə,
Quliyeva Vüsalə,
Qurbanova İradə,
Məmmədov Məhəbbət,
Əliyeva Ləman,
Mürsəlova Aygün.
Azərbaycan Respublikası, Gəncə şəhəri.