Türkan Ələkbərova və başqalarından, Gəncə, Azərbaycan
Hörmətli cənab Prezident,
Bu gün Gəncə öz görkəmini dəyişir, qədimliyini qorumaqla, müasirləşir və gözəlləşir. III MDB Oyunlarının iştirakçılarını və bir çox ölkədən şəhərimizə gələcək qonaqları ən yaxşı şəkildə qarşılamaq üçün əzmlə çalışırıq. Sizin qədim Gəncə şəhərinə və gəncəlilərə göstərdiyiniz qayğının və diqqətin nəticəsi olaraq Gəncədə abadlıq-quruculuq və bərpa işləri sürətlə həyata keçirilir.
Cənab Prezident, 2024-cü ilin idman yekunlarına həsr olunmuş mərasimdə çıxışınız zamanı Gəncə haqqında dedikləriniz gəncəlilər tərəfindən hər zaman xoş duyğularla xatırlanır. Bütün bunlara görə Sizə sonsuz minnətdarıq.
Hörmətlə,
Türkan Ələkbərova,
Xanəstə Əliyeva,
Lalə Vəliyeva,
Şəfiqə Əliyeva,
Səbinə Piriyeva,
Rəşad Məmmədov
Azərbaycan Respublikası, Gəncə şəhəri.