Adilə Azadova və başqalarından, Gəncə, Azərbaycan
Hörmətli cənab Prezident,
Bu gün Azərbaycanın bütün guşələrində, eyni zamanda qədim Gəncəmizdə abadlıq-quruculuq işləri aparılır. Ölkə iqtisadiyyatının bütün sahələri üzrə sürətli inkişaf gedir, bu da insanların rifahının yüksəlməsinə xidmət edir. Gəncədə sakinlərin və qonaqların rahatlığı üçün bütün zəruri tədbirlər həyata keçirilir.
Şəhərimiz ölkədəki inkişaf prosesinə layiqli töhfəsini verməyə çalışır. Bu baxımdan Gəncədə gprülən işlər, həyata keçirilən tədbirlər diqqəti cəlb edir. İnsanların sağlam və təhlükəsiz yaşayışının, asudə vaxtlarının səmərəli təşkilinin təmin edilməsi, habelə ətraf mühitin mühafizəsi və bərpası məqsədilə şəhərdə genişmiqyaslı abadlıq-quruculuq işləri aparılır.
Cənab Prezident, Gəncə şəhərində görülən abadlıq işlərinə görə Sizə minnətdarlığımızı bildiririk.
Hörmətlə,
Azadova Adilə,
Əliyeva Mehriban,
Zeynallı Nəriman,
Qasımov Əvəz,
Abbasov Amil.
Azərbaycan Respublikası, Gəncə şəhəri.