23 may 2025, 14:00

Təbii qazla təmin olunan kənd sakinindən, Qusar, Azərbaycan

Çox hörmətli cənab Prezident!

Qusar rayonunun Mucuq kəndinin sakinlərinin arzusunu reallaşdırdığınız üçün Sizə dərin minnətdarlığımızı bildiririk. Bu, həm reallaşan arzudur, həm də cücərən ümiddir. Ucqar kəndimizin təbii qazla təchiz olunmasını biz uzun illər idi ki, arzulayır və ümidimizi üzmürdük. Budur, növbəti istəyimiz və arzumuz da artıq həyata keçmişdir.

Cənab Prezident, Siz problemlərimizi həll etdikcə həyatımız daha firavan və rahat olur. Qışı sərt və soyuq olan kəndimizdə istilik məsələsi hər zaman insanları düşündürən əsas məsələlərdən biri idi. İndi bu qayğıdan artıq azad olmuşuq və buna görə Sizə bir daha minnətdarlığımızı bildiririk.

Həyatınız daim sevincli olsun!

Hörmətlə,

Nəzifə Qaflanova

Azərbaycan Respublikası, Qusar rayonu, Mucuq kəndi.