22 may 2025, 16:00

Məlahət Bayramovadan, Naftalan, Azərbaycan

Möhtərəm cənab Prezident.

Sizin yorulmaz fəaliyyətiniz, uzaqgörənliyiniz və humanist yanaşmanız nəticəsində ölkəmiz inkişaf edir, abadlaşır və gözəlləşir. İstər paytaxtda, istərsə də bölgələrimizdə hansı istiqamətə nəzər yetirsək, yeniliyin, dirçəlişin və tərəqqinin şahidi oluruq. Xüsusilə doğma Qarabağımızda həyata keçirilən genişmiqyaslı və məqsədyönlü layihələr qəlblərdə qürur və sevinc hissi doğurur.

Siz daim xalqımızın, qayğı və problemlərinə həssaslıqla yanaşır, onların rifahını və ehtiyaclarını diqqət mərkəzində saxlayırsınız. Bu diqqət və qayğının ən bariz nümunəsini xalqımız Vətən müharibəsindən sonra işğaldan azad edilmiş torpaqlarda aparılan geniş quruculuq və abadlıq işlərində, sevinclə yola salınan köç karvanlarında bir daha görür.

Bütün bu uğurlu fəaliyyətinizə, xalqımıza göstərdiyiniz əvəzsiz diqqətə görə Sizə dərin təşəkkürümüzü və minnətdarlığımızı bildiririk.

Uca Allah Sizi və ailənizi qorusun.

Hörmətlə,

Bayramova Məlahət Dilqəm qızı.

Azərbaycan Respublikası, Naftalan şəhəri.