21 may 2025, 15:30
Güllü Quliyeva və başqalarından, Gəncə, Azərbaycan
Hörmətli cənab Prezident.
Son zamanlar ölkəmizdə aparılan abadlıq-quruculuq və yenidənqurma işləri zövq oxşayır, şəhər, kənd və qəsəbələrin simasına əlavə yaraşıq gətirir. Bu baxımdan ölkənin ikinci böyük şəhəri olan Gəncədə görülən işlər, həyata keçirilən tədbirlər də diqqəti cəlb edir.
Sizin göstəriş və tövsiyələrinə uyğun olaraq Gəncə şəhərində abadlıq-quruculuq işləri bu il daha da genişlənib. Yol-nəqliyyat infrastrukturu yaxşılaşdırılır, yeni yaşıllıq zolaqları salınır, mövcud park, küçə və prospektlər abadlaşdırılır.
Cənab Prezident, Gəncə şəhərində görülən abadlıq işlərinə görə Sizə minnətdarlığımızı bildiririk.
Hörmətlə,
Quliyeva Güllü
Paşayeva Gülsün
Babayeva Pərvanə
Hüseynova Arzu
Nağıyev Nağı.
Azərbaycan Respublikası, Gəncə şəhəri.