20 may 2025, 16:00

Ceyhun Qubadov və Xəyyam Məmmədovdan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident,

Azərbaycanda mədəniyyət və incəsənətə dövlət qayğısı çox əhatəlidir və bu qayğı Sizin sayənizdə yüksələn xətlə inkişaf edir.

Mədəniyyət və incəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün və mükafatlarının verilməsi haqqında sərəncamlarınız mədəniyyətimizə olan diqqətdir. Sənət adamları da hər zaman onlara göstərilən etimadı doğrultmağa çalışırlar.

Azərbaycan incəsənətinə və mədəniyyətinə göstərdiyiniz qayğı və diqqətiniz sayəsində bizim əməyimizi yüksək qiymətləndirərək verdiyiniz yüksək qiymətə görə Sizə dərin minnətdarlığımızı bildiririk.

Hörmətlə,

Qubadov Ceyhun, Əməkdar artist, Fikrət Əmirov adına Mahnı və Rəqs Ansamblının baletmeysteri

Məmmədov Xəyyam, Əməkdar artist, Fikrət Əmirov adına Mahnı və Rəqs Ansamblının Xalq Çalğı Alətləri Orkestrinin musiqiçisi

Azərbaycan Respublikası, Bakı şəhəri.