Vaxtanq İmanovdan, Bakı, Azərbaycan
Möhtərəm cənab Prezident,
Sizin hakimiyyətdə olduğunuz bütün illərdə mədəniyyətimizin inkişafını diqqət mərkəzində saxlayırsınız. Sizin uğurlu siyasətinizin tərkib hissələrindən biri də mədəniyyətin və incəsənətin inkişafına diqqət yetirmək olmuşdur.
Siz həmişə ziyalıların və sənət adamlarının bəşəri dəyərlərə verdiyi töhfənin əvəzsiz rolunu qeyd edir, dünya mədəniyyətində silinməz iz qoymuş Azərbaycan ziyalılarına və sənətkarlarına olan ehtiramınızı bildirirsiniz.
Cənab Prezident, bu yaxınlarda fəaliyyətlərinə qiymət verdiyiniz mədəniyyət və incəsənət xadimləri arasında mən də varam. Məni Prezident mükafatına layiq gördüyünüzə görə Sizə minnətdarlığımı bildirirəm.
Hörmətlə,
İmanov Vaxtanq, Əməkdar artist, Azərbaycan Dövlət Simli Kvartetinin artisti, Prezident mükafatçısı
Azərbaycan Respublikası, Bakı şəhəri.