16 may 2025, 17:59

Şəhla Əliyevadan, Goranboy, Azərbaycan

Hörmətli cənab Prezident,

Mən, Birinci Qarabağ müharibəsində itkin düşmüş İsgəndərov Azad Eyvaz oğlunun bacısı olaraq, Sizə dərin minnətdarlığımı ifadə etmək istəyirəm. Sizin kimi vətənpərvər, xalqın problemlərinə həssaslıqla yanaşan bir şəxsiyyətin ölkəmizə rəhbərlik etməsi şəhid ailələri, müharibə əlilləri və aztəminatlı ailələr üçün çox mühüm və qürurvericidir.

Siz fəaliyyətə başladığınız ilk gündən etibarən sosial rifahın yüksəldilməsi, infrastrukturun inkişafı və ictimai abadlıq işlərinin həyata keçirilməsi istiqamətində mühüm addımlar atırsınız. Yolların təmiri, yeni sosial obyektlərin inşası, park və istirahət guşələrinin abadlaşdırılması kimi bir çox mühüm layihələr həyata keçirilmişdir. Ölkə əhalisi Sizin yüksək idarəçilik bacarığınızı görür, insanlara qarşı diqqət və qayğınızı daim hiss edirlər. Biz, şəhid ailələri olaraq, hər zaman Sizə müraciət edə bilirik, problemlərimizi Sizə çatdırırıq və qayğıkeş münasibət görürük. Siz öz işinizlə, yüksək mənəvi keyfiyyətlərinizlə vətəndaşların etimadını qazanmış bir şəxsiyyətsiniz.

Şəxsən öz adımdan və digər şəhid ailələri adından, Sizə dərin minnətdarlığımı bildirirəm. Sizə möhkəm cansağlığı, uzun ömür və dövlətimizin inkişafı naminə gördüyünüz işlərdə uğurlar arzulayıram.

Hörmətlə,

Əliyeva Şəhla Eyvaz qızı

Azərbaycan Respublikası, Goranboy rayonu, Xan Qərvənd kəndi.