Azərbaycan Dövlət Simfonik Orkestrinin üzvlərindən, Bakı, Azərbaycan
Möhtərəm cənab Prezident.
Sizin sayənizdə Azərbaycan mədəniyyəti dövlətimizin himayəsində inkişaf edir. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan bu qayğını biz - sənət adamları hər zaman hiss edirik.
Mədəniyyət və incəsənət xadimlərinə Azərbaycan Prezidentinin fərdi təqaüdünün və mükafatlarının verilməsi haqqında sərəncamlar mədəniyyətimizə olan diqqətdir. Bu gün ölkədə mədəniyyət və incəsənət xadimlərinə böyük dövlət qayğısı vardır. Buna görə biz Sizinlə qürur duyuruq.
Əməyimizi yüksək dəyərləndirərək verdiyiniz yüksək qiymətə görə Sizə dərin minnətdarlığımızı bildiririk.
Hörmətlə,
Rəcəbli Məmməd,
Vəliyeva Nigar,
Əliyev Samir,
Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrin artistləri.
Azərbaycan Respublikası, Bakı şəhəri.