Xahişi həyata keçən Qarabağ müharibəsi əlilindən, Füzuli, Azərbaycan
Hörmətli cənab Prezident,
Bu məktubu yazmaqda məqsədim Sizə təşəkkür etməkdən ibarətdir.
Sizin həyata keçirdiyiniz, şəhid ailələrinin və müharibə əlillərinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına, onların yeni mənzillərlə təmin olunmasına yönəlmiş və uğurla icra edilən sosial proqram əsasında mən 2021-ci ildə fərdi yaşayış evi ilə təmin olunmuşam. Həm təbii proseslərin təsirindən, həm də digər səbəbdən evim qəzalı vəziyyətə düşmüşdü. Evimin bərpa olunmasına kömək göstərilməsi ilə bağlı Sizə ünvanladığım ərizəm nəzərə alınaraq, evim əsaslı bərpa edilmişdir. Bu da özlüyündə müharibə əlillərinə göstərdiyiniz böyük qayğının bir nümunəsidir.
Mənim müraciətimə biganə qalmadığınıza və problemimin müsbət nəticə ilə həllinə kömək göstərdiyinizə görə Sizə təşəkkürümü bildirirəm. Tam səmimiyyətimlə qeyd etmək istərdim ki, mən müharibə əlili olaraq dövlətimizin qayğısını hər zaman hiss etmişəm.
Sizin uğurlu siyasətiniz və Ordumuzun gücü nəticəsində işğaldan azad edilmiş ərazilərdə aparılan quruculuq işlərinə sevinir və qürur hissi keçirirəm. Əminəm ki, Sizin rəhbərliyiniz altında ölkəmiz hər zaman inkişaf edəcəkdir.
Hörmətlə,
Süleyman Məmmədov,
Qarabağ müharibəsi əlili
Azərbaycan Respublikası, Füzuli rayonu, Əhmədalılar kəndi.