Sabir Məmmədovdan, Bakı, Azərbaycan
Möhtərəm cənab Prezident,
Sizin mədəniyyət və incəsənət xadimlərinə olan diqqət və qayğınız yeni yaradıcılıq uğurlarının təməl daşıdır. Azərbaycanın sənət adamları vaxtilə bu qayğını Ulu Öndərimiz Heydər Əliyevdən, bu gün isə Sizdən görürlər. Mədəniyyət və incəsənət xadimlərini orden və medallarla, müxtəlif fəxri adlarla, təqaüd və mükafatlarla təltif edərək həm onları və ailələrini sevindirmisiniz, həm də bu sahələrin inkişafına mühüm töhfələr vermisiniz.
“Azərbaycan Respublikasının mədəniyyət və elm xadimlərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında” 2025-ci il 8 may tarixli Sərəncamınızda adımı gördükdə çox sevindim. Bu, mənim üçün əvəzolunmaz bir hissdir.
Cənab Prezident, məni fərdi təqaüdə layiq gördüyünüz üçün Sizə təşəkkür edirəm. Uğurlarınız davamlı, həyatınız daim sevincli olsun!
Hörmətlə,
Sabir Məmmədov,
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyoru, Xalq artisti
Azərbaycan Respublikası, Bakı şəhəri.