14 may 2025, 16:30

Müraciətləri müsbət həll olunan vətəndaşlardan, Salyan, Azərbaycan

Hörmətli cənab Prezident,

Bütün dövrlərdə apardığınız uğurlu daxili və xarici siyasəti yekdilliklə dəstəkləyən Kərimbəyli kənd sakinləri Sizi salamlayır, ən gözəl və xoş arzularla Sizə və əzizlərinizə möhkəm cansağlığı, xoşbəxt günlər və şərəfli fəaliyyətinizdə davamlı müvəffəqiyyətlər arzu edirik.

Biz – Kərimbəyli kənd sakinləri ötən ay Sizə kollektiv müraciət ünvanlayaraq ərazidə hökm sürən kəskin su qıtlığı problemi ilə bağlı kömək göstərməyinizi xahiş etmişdik. Hər zaman olduğu kimi, göstərdiyiniz diqqət və qayğınız nəticəsində bu dəfə ki, problemimiz də öz müsbət həllini tapdı, əkin sahələrimiz, bağ-bağçamız su ilə təmin olundu.

Cənab Prezident, biz Sizə dərin minnətdarlığımızı bildiririk. Ömrünüz su qədər uzun olsun. Allah Sizi qorusun. Sayənizdə Azərbaycan öz tarixində heç vaxt olmadığı qədər güclü dövlətə sahib olub. Bunun arxasında Sizin əzmkar, mübariz və düşünülmüş uzaqgörən siyasətiniz dayanır. Ümummilli Liderimiz Heydər Əliyevin öz zəngin təcrübəsi, nüfuzu və dərin zəkası ilə gələcəyimiz üçün güclü əsaslarla başlatdığı işlər Sizin tərəfinizdən uğurla davam etdirilir.

Var olun, daim uca olun!

Sizə dərin ehtiramla,

Xəlilov Elxan Gülağa oğlu,

Hüseynov Rövşən Mirzəbəy oğlu,

Ağayev Xosrov Mirzəxan oğlu,

Məmmədov Əlisöhbət Şeda oğlu,

Allahverdiyev Rövşən Allahverdi oğlu və başqaları (73 nəfər).

Azərbaycan Respublikası, Salyan rayonu, Kərimbəyli kəndi.