Təbii qazla təmin olunan kəndin sakinlərindən, Qusar, Azərbaycan
Möhtərəm cənab Prezident!
Sizin tərəfinizdən ölkəmizdə yaradılmış əmin-amanlıq, firavan həyat tərzi hər bir Azərbaycan vətəndaşının güzəranının yaxşılaşmasına xidmət edir. Əvvəllər ölkəmizdə mövcud olan bir sıra problemlər Sizin xüsusi diqqət və qayğınız nəticəsində aradan qaldırılmışdır. Vətəndaşlara xidmət səviyyəsi yüksəlmiş, əhalinin elektrik enerjisi, təbii qaz, su və kommunal xidmətlərlə təminatı xeyli yaxşılaşdırılmışdır. Regionların sosial-iqtisadi inkişafına göstərdiyiniz qayğı bizə rahat həyat şərtləri bəxş edir.
Qusar rayonunun Mucuq kəndinin qazlaşdırılması bizim çoxdankı arzumuz idi. Arzumuz reallaşdı, evlərimizə istilik və rahatlıq gəldi.
Sevincimiz böyükdür, cənab Prezident. Arzumuz həyata keçirildiyi üçün kəndimizin bütün sakinləri adından Sizə təşəkkürümüzü bildiririk.
Hörmətlə,
Heydərov Camal, şəhid atası,
İsayev Qədim,
Novruzov Firuddin
Azərbaycan Respublikası, Qusar rayonu, Mucuq kəndi.