14 may 2025, 19:04
İbrahim Salamovdan, Mingəçevir, Azərbaycan
Hörmətli cənab Prezident,
Siz mədəniyyət və incəsənət xadimlərini hər zaman diqqətdə saxlamısınız, onları fəxri adlarla, təqaüd və mükafatlarla sevindirmisiniz. “İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında” 2025-ci il 8 may tarixli Sərəncamınız da bu qəbildəndir.
Cənab Prezident, sənətimə və fəaliyyətimə yüksək dəyər verərək məni Prezident mükafatına layiq gördüyünüz üçün Sizə dərin minnətdarlığımı bildirir, ən xoş arzularımı çatdırıram. Bu mükafatı böyük etimad kimi qəbul edirəm və bu etimadı daim doğrultmağa çalışacağam.
Hörmətlə,
İbrahim Salamov,
Mingəçevir Dövlət Dram Teatrının aktyoru
Azərbaycan Respublikası, Mingəçevir şəhəri.