Nailə Nağıyevadan, Naftalan, Azərbaycan
Möhtərəm cənab Prezident,
Ölkəmizin əldə etdiyi uğurların təməlində dayanan ən mühüm amillərdən biri xalqla iqtidar arasında mövcud olan sarsılmaz birlik və qarşılıqlı inamdır. Bu möhkəm, monolit birlik Sizin dəmir iradəniz və qətiyyətinizlə birləşərək düşmənə layiqli cavab verdi, Vətənimizin əzmini və gücünü bütün dünyaya nümayiş etdirdi. Biz gənc nəsil Sizin ətrafınızda sıx birləşmişik, qürurla Sizi örnək alırıq və hər zaman Sizin yanınızda olduğumuzu böyük fəxrlə bildiririk. Sizin rəhbərliyinizlə ölkəmizin daha parlaq sabahlara doğru irəliləyəcəyinə tam əminik.
Biz gənclər Vətənimizin inkişafı naminə əzmlə çalışır, sabahın qurucuları kimi məsuliyyətimizi dərk edirik. Əminik ki, Sizin müdrik rəhbərliyinizlə doğma Azərbaycanımız daha da yüksələcək, daha parlaq sabahlara doğru inamla irəliləyəcək.
Uca Allah Sizi və ailənizi qorusun.
Hörmətlə,
Nağıyeva Nailə Firdovsi qızı
Azərbaycan Respublikası, Naftalan şəhəri.