14 may 2025, 18:00

Mətləb Abdullayevdən və başqalarından, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident,

Mədəniyyətimizin qorunması, inkişafı, incəsənət xadimlərinin sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı sərəncamlarınız bir daha təsdiq edir ki, ölkəmizdə mədəniyyətə, mənəvi dəyərlərin qorunub saxlanılmasına böyük qayğı var.

Bir qrup incəsənət xadiminə, o cümlədən bizə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi bizi çox sevindirdi və fərəhləndirdi. Buna görə Sizə səmimi minnətdarlığımızı bildirir, həmçinin bundan sonra da xalqımız üçün daha böyük həvəslə çalışacağımıza Sizi əmin edirik.

Bir daha Azərbaycan incəsənətinə və mədəniyyətinə göstərdiyiniz daimi qayğıya və əməyimizə verdiyiniz yüksək qiymətə görə Sizə dərin minnətdarlığımızı bildiririk.

Hörmətlə,

Abdullayev Mətləb, Əməkdar artist,

Heybətov Anar, Əməkdar artist,

Şirinov Aslan, Əməkdar artist.

Azərbaycan Respublikası, Bakı şəhəri.