14 may 2025, 15:17

Ləman İmanovadan və başqalarından, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident,

Sizin Azərbaycan ədəbiyyatına, incəsənətinə göstərdiyiniz diqqət və qayğının təzahürü bu sahələrin də digər sahələr kimi günü-gündən inkişaf etməsində özünü göstərir.

Məhz bu diqqət və qayğı bizim ənənələrimizi, tariximizi, ədəbiyyatımızı, ana dilimizi və mədəniyyətimizi qoruyur.

Bir qrup incəsənət xadiminə, o cümlədən bizə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi bizi çox sevindirdi və qürurlandırdı.

Mükafatla bağlı xoş xəbəri ümummilli lider Heydər Əliyevin 102 illiyi ərəfəsində almağımız bayram ovqatını daha da artırdı.

Sənət adamlarına göstərdiyiniz qayğıya görə Sizə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının heyəti adından səmimi minnətdarlığımızı bildirir, möhkəm cansağlığı və böyük uğurlar arzulayırıq.

Hörmətlə,

İmanova Ləman,

Həsənova İlahə,

Qarayev Elnar,

Şıxəliyev Ramin.

Azərbaycan Respublikası, Bakı şəhəri.