13 may 2025, 15:10

İncəsənət xadimlərindən, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident,

Azərbayan Respublikasının mədəniyyət və incəsənət xadimlərinə Prezident təqaüdünün və mükafatlarının verilməsi haqqında 2025-ci il 8 may tarixli sərəncamlarınız sənət adamlarına böyük sevinc bəxş etmişdir. Bu sərəncamlarınız əsasında onlarca mədəniyyət və incəsənət xadimi Prezident mükafatına və fərdi təqaüdünə layiq görülmüşdür. Bizə də bu sevinci yaşamaq nəsib olmuşdur. Bu, biz sənət adamları üçün yeni çağırışdır, böyük dəstəkdir.

Əziz Prezidentimiz, mədəniyyət və incəsənət xadimlərinə göstərdiyiniz qayğıya görə Sizə dərin minnətdarlığımızı bildirir, möhkəm cansağlığı, qalib Azərbaycanımızın inkişafı, xalqımızın xoş gələcəyi naminə fəaliyyətinizdə davamlı uğurlar arulayırıq.

Hörmətlə,

Mehriban Xanlarova və Münəvvər Əliyeva,

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktrisaları, Azərbaycan Respublikasının Əməkdar artistləri

Azərbaycan Respublikası, Bakı şəhəri.