İlham Əsgərovdan, Bakı, Azərbaycan
Möhtərəm Prezident!
Sizin, Azərbaycanın mədəniyyət və incəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün və mükafatlarının verilməsi haqqında 2025-ci il 8 may tarixli sərancamlarınız sənət adamlarına, o cümlədən Akademik Milli Dram Teatrında çalışan səhnə ustalarına böyük sevinc və yaradıcı ruh yüksəkliyi bəxş etdi.
Mədəniyyət və incəsənət xadimlərinə göstərdiyiniz diqqət və qayğıya görə Akademik Milli Dram Teatrının rəhbərliyi və kollektivi adından Sizə dərin minnətdarlığımızı bildirir, möhkəm cansağlığı, ölkəmizin inkişafı, xalqımızın xoş gələcəyi naminə şərəfli və məsuliyyətli fəaliyyətinizdə davamlı uğurlar arzulayırıq.
Hörmətlə,
İlham Əsgərov,
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi
Azərbaycan Respublikası, Bakı şəhəri.