13 may 2025, 14:12

İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının kollektivi adından, İsmayıllı, Azərbaycan

Hörmətli cənab Prezident.

Sizi İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının kollektivi adından səmimi qəlbdən salamlayıram. Sizin yüksək səviyyəli rəhbərliyiniz və milli maraqlara əsaslanan daxili və xarici siyasətiniz nəticəsində Azərbaycan ərazi bütövlüyünü təmin edərək suveren dövlət kimi sürətli inkişaf yolundadır. Səhiyyə sahəsində həyata keçirilən yeniliklər, icbari tibbi sığorta çərçivəsində yaradılan şərait və əhaliyə göstərilən keyfiyyətli tibbi xidmətlər üçün Sizə dərin minnətdarlığımızı bildiririk. İcbari tibbi sığortanın tətbiqi sayəsində əhali daha əlçatan müasir tibbi xidmətlə təmin olunur. Bu, ölkəmizin bütün bölgələrində, o cümlədən İsmayıllıda əhalinin məmnunluq səviyyəsinin artmasına səbəb olmuşdur.

Hörmətli cənab Prezident, Sizin uzaqgörən siyasətiniz və yorulmaz fəaliyyətiniz nəticəsində İsmayıllı rayonu tamamilə yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Həyata keçirilən abadlıq və yenidənqurma işləri, yeni iş yerlərinin açılması rayonun simasını dəyişir. Sakinlərimiz üçün daha rahat və gözəl şərait yaradılmışdır. Bu uğurlar həm rayonumuzun gələcəyinə, həm də insanlarımızın rifahına böyük töhfədir.

Sizə dərin ehtiramımızı bildirib, möhkəm cansağlığı, gələcək fəaliyyətinizdə yeni nailiyyətlər arzulayırıq.

Hörmətlə,

İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının kollektivi adından,

Rəhimov Vidadi.

Azərbaycan Respublikası, İsmayıllı şəhəri.