14 may 2025, 14:00

İsaməddin Babayevdən, Qusar, Azərbaycan

Hörmətli cənab Prezident,

Mən rayonun Üzdənoba kəndinin sakinləri adından Sizə təşəkkür edirəm. Çünki Quxuroba-Hiloba-Yasaboba-Əniqoba-Aşağı İmamqulukənd-Şirvanlı avtomobil yolunun əsaslı təmiri ilə bağlı verdiyiniz Sərəncam bütün kənd sakinlərinin ürəyincə oldu. Üzdənoba kəndi Quxuroba-Şirvanlı yolunun kənarında yerləşir. Rayon mərkəzinə gedən yolumuz həmin yoldur. Yolun vəziyyəti pis olduğu üçün həm maşınlarımızın hərəkət hissələri tez-tez xarab olurdu, əlavə xərcə düşürdük, həm də həmin yolla maşında gedən xəstələr və yaşlılar narahat olaraq şikayət edirdilər. Nəhayət ki, şad xəbər eşitdik. Yolumuz təmir olunacaq, rahat yolla işimizin dalınca gedib-gələcəyik. Çox sağolun!

Cənab Prezident, fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı arzulayırıq.

Allah Sizi və xalqımızı qorusun!

Hörmətlə,

İsaməddin Babayev

Azərbaycan Respublikası, Qusar rayonu, Üzdənoba kəndi