15:23
Hörmətli Zirvə Toplantısının iştirakçıları,
Sizi Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin təşkilatçılığı ilə keçirilən XXVIII Avrasiya İqtisadi Zirvə Toplantısının açılışı münasibətilə səmimiyyətlə salamlayıram.
Builki Zirvə Toplantısı əlamətdar hadisə – Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin qurulmasının 40-cı ildönümünə təsadüf edir. Bu münasibətlə Vəqfin bütün üzvlərini ürəkdən təbrik edirəm. 1985-ci ildə sülh və dialoq təşəbbüsü olaraq təsis olunmuş Vəqf bu gün öz sıralarında nüfuzlu siyasətçiləri, politoloqları, iqtisadçıları, akademik dairələrin nümayəndələrini və iş insanlarını birləşdirərək qlobal və regional əməkdaşlığın genişləndirilməsinə, sülhün, sabitliyin qorunmasına, mədəniyyətlərarası dialoqun təşviqinə böyük töhfə verən mühüm platformalardan birinə çevrilmişdir.
Mərmərə Qrupu Vəqfinin və onun rəhbəri hörmətli Akkan Suverin Azərbaycan və Türkiyə arasında əlaqələrin genişlənməsində xidmətlərini xüsusi vurğulamaq istərdim.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev Mərmərə Qrupu Vəqfinin fəaliyyətini daim yüksək qiymətləndirmiş və təşəbbüslərini dəstəkləmişdir. Qeyd etmək lazımdır ki, məhz Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1998-ci ildən Avrasiya İqtisadi Zirvə Toplantıları keçirilməyə başlamış və həmin ildə Heydər Əliyev Mərmərə Qrupu Vəqfinin fəxri sədri seçilmişdir.
Mərmərə Qrupu Vəqfinin qurulmasının 40 illiyi münasibətilə təsis edilən 16 mükafat arasında Ulu Öndər Heydər Əliyevin xatirəsinə “Türk Dünyası Mükafatı”nın yer alması bizim üçün böyük şərəfdir. Ümummilli Liderin adına ithaf edilən mükafata dünyaşöhrətli alim, Nobel mükafatı laureatı və Azərbaycan Milli Elmlər Akademiyasının fəxri üzvü Əziz Sancarın layiq görülməsi xüsusi məmnunluq doğurur.
Bu gün Azərbaycan ilə Türkiyə arasındakı birlik, qardaşlıq və həmrəylik bütün Türk dünyası üçün böyük töhfədir. Azərbaycan-Türkiyə qardaşlığının möhkəmlənməsində, strateji müttəfiqliyimizin gücləndirilməsində əziz Qardaşım, hörmətli Prezident Rəcəb Tayyib Ərdoğanın misilsiz xidmətləri vardır. Ortaq tariximizdən, zəngin milli-mənəvi dəyərlərimizdən, xalqlarımızın birliyindən qaynaqlanan və hazırda dinamik inkişaf edən müstəsna dövlətlərarası əlaqələrimiz bölgədə rifaha, sülhə və təhlükəsizliyə töhfə verməklə yanaşı, bütün Avrasiya üçün önəmli amil rolunu oynayır.
Avrasiya İqtisadi Zirvə Toplantısının builki iclası “Yaşana bilən bir dünya üçün dialoq” mövzusuna həsr olunub. Hansı sahədə olursa-olsun, istər dövlətlərarası münasibətlərdə, istərsə də insanlararası təmaslarda dialoq mühüm sabitləşdirici faktor və körpü olaraq çıxış edir. Şərqlə Qərbin, Şimalla Cənubun qovuşduğu məkanda yerləşən Azərbaycanda əsrlər boyu ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələri dostluq, qardaşlıq, qarşılıqlı etimad və anlaşma şəraitində birgə yaşayırlar. Xalqlararası dostluğun, dinlərarası dialoqun, multikulturalizm və tolerantlıq ənənələrinin qorunması bizim yaşam tərzimiz olmaqla yanaşı, dövlət siyasətimizin prioritet istiqamətlərindəndir. Ölkəmiz eyni zamanda qlobal müstəvidə də mədəniyyətlər arasında ahəngdar münasibətləri dəstəkləyir, qarşılıqlı anlaşmaya nail olunması naminə sivilizasiyalararası dialoq zəminində təşəbbüslərlə çıxış edir.
Azərbaycan Cənubi Qafqazda davamlı sülhün bərqərar olması, sosial-iqtisadi rifahın təmin edilməsi üçün var qüvvəsi ilə çalışır. Hesab edirəm ki, hazırda bu bölgənin sülh və əməkdaşlıq məkanına çevrilməsi üçün tarixi şərait yaranmışdır.
Bəşəriyyətin üzləşdiyi yeni çağırışlar, beynəlxalq münasibətlər sistemində artan parçalanma və gərginlik dövründə dünyada sülh, əmin-amanlıq və dinc birgəyaşayışın təmin olunmasında dialoqun rolu danılmazdır. Azərbaycan 4 il ərzində Qoşulmama Hərəkatına, keçən ilin noyabrından etibarən isə COP29-a sədrlik edərək Qlobal Cənub ilə Qlobal Şimal arasında uzun illərdən bəri formalaşmış etimadsızlıq mühitinin aradan qaldırılması, onlar arasında dialoq körpüsünün qurulması və qarşılıqlı anlaşmanın bərqərar olması uğrunda səylərini əsirgəmirdi. Məhz Azərbaycanın tutduğu balanslaşdırılmış mövqe COP29-da qlobal iqlim fəaliyyətinə müsbət təkan verən və çoxtərəfliliyin təntənəsi olan “Bakı sıçrayışı”nın əldə edilməsini şərtləndirdi.
İnanıram ki, builki Avrasiya İqtisadi Zirvə Toplantısı iqtisadiyyat, enerji, rəqəmsallaşma, süni intellekt, səhiyyə, ətraf mühit və digər aktual mövzular və yeni əməkdaşlıq imkanları ətrafında faydalı müzakirələrin aparılması, ideyaların və təcrübələrin mübadiləsi, səylərin əlaqələndirilməsi üçün əhəmiyyətli platforma olacaqdır.
Bir daha Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin bütün üzvlərini yubiley münasibətilə təbrik edir, Vəqfin fəaliyyətinə bundan sonra da müvəffəqiyyətlər və yeni-yeni nailiyyətlər, Zirvə Toplantısının işinə uğurlar arzulayıram.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 5 may 2025-ci il
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Bir sıra dövlət qurumlarının fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 20 fevral tarixli 599...
17 avqust 2026, 12:08Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Torpaq Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində və “Qiymətləndirmə fəaliyyəti...
17 avqust 2026, 12:07Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci və 13-cü bəndlərini rəhbər tutaraq qərara alır:
Maddə 1. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin (Azərbaycan...
17 avqust 2026, 12:06Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası dövlət sərhədinin mühafizəsinin təmin edilməsində, ərazi bütövlüyünün qorunub saxlanılmasında və sərhəd...
17 avqust 2026, 12:05Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında və dövlət sərhədinin...
17 avqust 2026, 12:04Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilsin:
“general-leytenant”...
17 avqust 2026, 12:03
Hörmətli cənab Prezident,
17 Avqust – İndoneziya Respublikasının Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda dost xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı...
17 avqust 2026, 11:10Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. 2026-cı il iyunun 2-də Minsk şəhərində imzalanmış “Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ilə Belarus...
14 avqust 2026, 13:48Azərbaycan Respublikası Prezidentinin
2026-cı il 14 avqust tarixli Fərmanı ilə təsdiq edilmişdir
1. Ümumi müddəalar
1.1. Bu Əsasnamə “Dövlət auditi” informasiya sisteminin (bundan sonra – DAİS) fəaliyyətinin hüquqi, təşkilati və...
14 avqust 2026, 13:47Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Büdcə sistemi haqqında”, “Sığorta fəaliyyəti haqqında” və “Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik...
14 avqust 2026, 13:46