13 may 2025, 17:21

Bağış Şıxovdan, Qusar, Azərbaycan

Möhtərəm cənab Prezident!

Regionların sosial-iqtisadi inkişafı proqramları çərçivəsində aparılan genişmiqyaslı tədbirlər Qusar rayonun Hiloba kəndinin də inkişafını sürətləndirmişdir.

Son vaxtlarda Hiloba kəndində müasir tipli məktəb binası tikilmiş, artezian quyusu qazılmış, kənd investisiya layihəsi çərçivəsində su xətləri çəkilmiş, yollar cari təmir edilmiş, bütün kənd ərazisi sürətli internet xətti ilə təmin olunmuşdur.

Qusar rayonunun Quxuroba–Hiloba–Yasaboba–Əniqoba–Aşağı İmamqulukənd–Şirvanlı avtomobil yolunun əsaslı təmiri ilə bağlı sərəncamınız hamimizi sevindirməklə yanaşı qürurlandırdı.

Hiloba kəndindəki inkişaf bütün sakinləri, o cümlədən kənd orta məktəbinin kollektivini çox sevindirir. Məktəbimizin kollektivi Sizin uzaqgörən daxili və xarici siyasətinizi bəyənir və dəstəkləyir. Göstərdiyiniz diqqət və qayğıya görə bütün sakinlər adından Sizə dərin təşəkkürümüzü bildirirəm.

Hörmətlə,

Şıxov Bağış Mərdəli oğlu.

Azərbaycan Respublikası, Qusar rayonu, Hiloba kəndi.