Zeynəddin Muradovdan, Qusar, Azərbaycan
Möhtərəm cənab Prezident!
Rayon mərkəzindən 33 km məsafədə yerləşən kəndimizin sakinləri əsasən kənd təsərrüfatı ilə məşğul olur. Yol problem olduğuna görə kəndimizin sakinləri məhsullarını bazara çıxarmaqda çox çətinlik çəkir, tozlu-torpaqlı yola görə əziyyət çəkirdi.
Sizin rəhbərliyinizlə respublikanın bütün bölgələrində, xüsusən də Qarabağda aparılan quruculuq, abadlıq işləri hər bir vətəndaşa qürur hissləri yaşadır.
Rayonumuzda da Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramlarına uyğun olaraq icra edilən işlər hamımızın ürəyincədir. Kəndimiz də bu işlərdən bəhrələnir. 180 yerlik məktəb binası tikilməsi, bir sıra sosial obyektlərin açılması sakinlərin daha yaxşı yaşamasına, uşaqlarımızın daha keyfiyyətli təhsil almasına xidmət edir.
Qusar rayonunun Quxuroba-Hiloba-Yasaboba-Əniğoba, Aşağı İmamqulukənd-Şirvanlı avtomobil yolunun əsaslı təmiri haqqındakı Sərəncamınız isə bizi daha çox sevindirdi.
Bu sevinc və fərəh hisslərini bizə yaşatdığınıza görə Hiloba kənd ağsaqqalları adından Sizə böyük təşəkkürümüzü bildiririk. Siz Azərbaycan xalqının böyük oğlu, əvəzedilməz rəhbərisiniz!
Hörmətlə,
Muradov Zeynəddin Nəsrəddin oğlu
Azərbaycan Respublikası, Qusar rayonu, Hiloba kəndi.