Əminə Abbasovadan, Naftalan, Azərbaycan
Möhtərəm cənab Prezident!
Biz gənclər olaraq Sizə dərin təşəkkür və minnətdarlığımızı bildiririk. Sizin Azərbaycan Respublikasına rəhbərlik etdiyiniz dövrdə ölkəmizin qazandığı möhtəşəm nailiyyətlər, ərazi bütövlüyümüzün bərpası, xalqımızın sosial rifahının yüksəlməsi və dövlətimizin beynəlxalq aləmdə artan nüfuzu mənim və yoldaşlarım üçün qürur mənbəyidir. Bütün bunlar Sizin uzaqgörən və müdrik siyasətinizin parlaq nəticəsidir. Ölkəmizin hər bir guşəsində olduğu kimi, beynəlxalq turizm mərkəzi olan doğma şəhərimiz Naftalanda da müşahidə olunan davamlı inkişaf bizi xüsusi ilə sevindirir. Burada bütün sahələrə göstərilən diqqət və qayğı, insan amilinə verilən yüksək dəyər bizi daim ruhlandırır və gələcəyə ümidlə baxmağa əsas yaradır.
Sizin həyata keçirdiyiniz uğurlu inkişaf strategiyası, xüsusi ilə gənclərə göstərilən dəstək bizi daha da məsuliyyətli və fəal olmağa səsləyir. Biz naftalanlı gənclər bütün Azərbaycan gəncləri kimi Sizin ideyalarınızı hər zaman dəstəkləyirik, Sizinlə fəxr edirik, qürur duyuruq.
Tanrı Sizi və xalqımızı qorusun.
Hörmətlə,
Abbasova Əminə Elxan qızı
Azərbaycan Respublikası, Naftalan şəhəri.