15:10
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Əs-səlamu əleykum və rəhmətullahi və bərəkətuhu.
Ölkənizin Müstəqillik Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi və xoş arzularımı...
20 may 2025, 15:10Prezident İlham Əliyev Balaxanıda bərk məişət tullantılarının çeşidlənməsi zavodunun açılışında iştirak etmişdir.
Dövlət başçısı əvvəlcə zavodun idarəetmə otağında müəssisənin iş mexanizmi ilə tanış oldu.
İqtisadi inkişaf naziri Şahin Mustafayev məlumat verdi ki, məişət tullantılarının çeşidlənməsi və təkrar istehsalı biznesinin inkişaf etdirilməsi məqsədilə tikilən zavod ölkəmizdə bu sahədə ilk pilot layihədir. Müasir avadanlıq əsasında qurulan zavodun illik istehsal gücü 200 min tondur. Yeni müəssisənin səmərəli fəaliyyəti təbii sərvətlərə və enerjiyə qənaət etməyə, ətraf mühitə mənfi təsirlərin azaldılmasına imkan verir.
Bildirildi ki, müəssisədə çeşidləmənin aparılması nəticəsində təkrar emala yararlı materiallar ayrılacaq, tullantıların ümumi həcmi azalacaq, bu da ucuz xammal bazarının formalaşmasına, ölkədə təkrar emal sahəsinin genişlənməsinə imkan yaradacaqdır.
Dövlət başçısına tullantıların idarə edilməsi sahəsində görülən işlər barədə də məlumat verildi. Bildirildi ki, 2009-cu ilin sonlarında Balaxanı şəhər tullantılarının zərərsizləşdirilməsi poliqonu “Təmiz şəhər” Açıq Səhmdar Cəmiyyətinə təhvil verildikdən sonra ərazidə yanma və tüstülənmənin qarşısı qısa vaxtda alınmış, tullantıların torpaqla örtülməsi və hamarlama işləri aparılmış, zəruri infrastruktur yaradılmışdır. Görülən işlər nəticəsində tullantıların ətraf mühitə təsiri əhəmiyyətli dərəcədə azalmışdır. Aparılan monitorinqlərin nəticələri suda və torpağın səthində ağır metalların, havada kimyəvi birləşmələrin miqdarının azaldığını göstərir. Dörd il ərzində görülən və görülməsi nəzərdə tutulan işlərin məqsədi Balaxanı poliqonunu beynəlxalq standartlara uyğun, sanitariya və gigiyena normalarına tam cavab verən poliqona çevirməkdir.
Diqqətə çatdırıldı ki, 2012-ci ilin əvvəlində Balaxanı poliqonu ərazisinə daxil olan tullantıdaşıyan maşınların təmizlənməsi və dezinfeksiyası məqsədilə gün ərzində 400-dən çox maşına xidmət göstərən 4 kabinədən ibarət yuma və dezinfeksiya məntəqəsi istifadəyə verilmişdir.
Qeyd edildi ki, Bakı və ətraf qəsəbələrdə yaranan bərk məişət tullantılarının qeyri-rəsmi tullantı sahələrinə atılmasının qarşısının alınması məqsədilə Xəzər, Qaradağ və Suraxanı rayonlarında yükləmə-boşaltma məntəqələrinin qurulması nəzərdə tutulur. Bu məntəqələrdən nəql ediləcək tullantı kütləsi çeşidlənəcək və təkrar emala yararlı materiallar ümumi kütlədən ayrılaraq emal müəssisələrinə, digər tullantılar isə sıxılaraq iri həcmli konteyner maşınları ilə bu zavoda daşınacaqdır. Bu da nəqliyyat xərclərinə, yanacağa qənaət edilməsinə, ətraf mühitə atılan zərərli qazların miqdarının azaldılmasına imkan yaradacaqdır.
Bildirildi ki, Dünya Bankı və Azərbaycan hökumətinin birgə həyata keçirdiyi “Bərk məişət tullantılarının vahid idarəçiliyi” layihəsi üzrə işlər davam etdirilir. Layihəyə uyğun olaraq, Bakıda bərk məişət tullantılarının idarə olunmasına dair 20 illik strategiya hazırlanmışdır. Layihə çərçivəsində 41 qeyri-qanuni tullantı sahəsindən 360 min tondan çox tullantı təmizlənərək Balaxanı poliqonunda zərərsizləşdirilmişdir.
Prezident İlham Əliyev Balaxanı məişət tullantılarının çeşidlənməsi zavodunun inzibati binasında yaradılan şəraitlə də tanış oldu. Diqqətə çatdırıldı ki, zavod üç növbədə fəaliyyət göstərəcək və burada 172 nəfər işlə təmin olunacaqdır.
Dövlətimizin başçısı müəssisədə yaradılmış şəraitdən razılığını bildirdi, müvafiq tapşırıq və tövsiyələrini verdi.
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Əs-səlamu əleykum və rəhmətullahi və bərəkətuhu.
Ölkənizin Müstəqillik Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi və xoş arzularımı...
20 may 2025, 15:10Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident.
Azərbaycanın Müstəqillik Günü münasibətilə Sizə və dost Azərbaycan xalqına ən səmimi təbriklərimi, ölkənizin daha da inkişafı və...
20 may 2025, 15:05Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
Milli bayramınız - 28 May – Müstəqillik Günü münasibətilə Sizi və Azərbaycan xalqını Malavi hökuməti, xalqı adından və öz adımdan təbrik etməkdən...
20 may 2025, 15:00Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
Azərbaycan Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə, Azərbaycan hökumətinə və xalqına şəxsən öz adımdan, Avstraliya...
20 may 2025, 14:55Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri, əziz Qardaşım.
Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaq, xalqınıza daha çox tərəqqi və...
20 may 2025, 14:50Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident.
Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi çatdırıram.
Sizə cansağlığı,...
20 may 2025, 14:45Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
İcazə verin, Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə və ölkənizin xalqına ən səmimi təbriklərimi çatdırım.
Çex...
20 may 2025, 14:40Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident.
Azərbaycan Respublikasının milli bayramı münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram.
Bu yaxınlarda...
20 may 2025, 14:35Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Əs-səlamu əleykum və rəhmətullahi və bərəkətuhu.
Zati-alinizi ölkənizin Müstəqillik Günü münasibətilə böyük məmnuniyyətlə təbrik edir və ən xoş arzularımızı...
20 may 2025, 14:30