“Dövlət rüsumu haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

07 may 2025, 15:39

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 10-cu və 15-ci bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 12, maddə 740 (Cild I); 2024, № 1, maddələr 10, 16, № 6 (I kitab), maddə 637, № 7, maddələr 747, 751, 775, № 8, maddə 933, № 11, maddə 1187, № 12 (II kitab), maddə 1351; 2025, № 1, maddə 1; Azərbaycan Respublikasının 2024-cü il 29 dekabr tarixli 121-VIIQD nömrəli və 2025-ci il 18 mart tarixli 161-VIIQD nömrəli qanunları) 22-ci maddəsində aşağıdakı dəyişikliklər edilsin:

1.1. 22.0.9-cu maddənin birinci abzasında “Maye və təbii qaz təsərrüfatı” sözləri “Yanacaqdoldurma və qaz təchizatı” sözləri ilə əvəz edilsin;

1.2. 22.0.9.2-ci maddədə “1100” rəqəmləri “2500” rəqəmləri ilə əvəz edilsin.

Maddə 2. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 4, maddə 632 (Cild I); 2024, № 6 (I kitab), maddə 631, № 7, maddələr 747, 751, № 8, maddə 933; 2025, № 1, maddə 16; Azərbaycan Respublikasının 2025-ci il 14 fevral tarixli 139-VIIQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:

2.1. aşağıdakı məzmunda 1.0.1-1-ci maddə əlavə edilsin:

“1.0.1-1. lisenziyalaşdırma subyektləri – lisenziya və icazə verən orqanlar, lisenziya və icazə verilməsinə rəy (razılıq) verən aidiyyəti dövlət orqanları, müəssisələri və lisenziyanın və icazənin şərtlərinə riayət edilməsinə nəzarət edən orqanlar;”;

2.2. 3-cü maddə üzrə:

2.2.1. 3.1-ci maddədə “lisenziya və icazə verən orqanların” sözləri “lisenziyalaşdırma subyektlərinin” sözləri ilə əvəz edilsin;

2.2.2. 3.2-ci maddədə “lisenziya və icazə verən orqanlara” sözləri “lisenziyalaşdırma subyektlərinə” sözləri ilə əvəz edilsin;

2.3. 19-cu maddə üzrə:

2.3.1. 19.8-1-ci maddənin birinci və ikinci cümlələrinə “Qanunun” sözündən sonra “1 nömrəli əlavəsinin 10-cu maddəsində və” sözləri əlavə edilsin və həmin cümlələrdə “növünə” sözü “növlərinə” sözü ilə əvəz edilsin;

2.3.2. 19.12-1-ci maddəyə birinci halda “Qanunun” sözündən sonra “1 nömrəli əlavəsinin 10-cu maddəsində və” sözləri əlavə edilsin və həmin maddədə “növünə” sözü “növlərinə” sözü ilə əvəz edilsin;

2.4. 27-ci maddə üzrə:

2.4.1. 27.1-ci maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Lisenziyanın və icazənin şərtlərinə riayət edilməsinə nəzarət edən orqanlar lisenziya (icazə) sahibləri tərəfindən lisenziyanın və icazənin şərtlərinə riayət edilməsi istiqamətində normativ hüquqi aktlarda nəzərdə tutulan inzibati tədbirlərlə yanaşı, yoxlama və nəzarətdənkənar tədbirlərdən (lisenziya (icazə) sahiblərinə metodiki köməklik göstərilməsi, qanunvericiliyin tələbləri və bu tələblərin pozulmasına görə məsuliyyət tədbirləri barədə maarifləndirmə işlərinin aparılması, məsləhətlər verilməsi və s.) də istifadə etməlidirlər.”;

2.4.2. 27.3-cü maddədə “edilməməsi hallarını aşkar edən” sözləri “edilmədikdə və bu Qanunun 25.1.2-ci maddəsi ilə müəyyən edilən göstərişlər yerinə yetirilmədikdə” sözləri ilə əvəz edilsin;

2.5. 28-ci maddə üzrə:

2.5.1. adında “Lisenziya və icazə verən orqanların” sözləri “Lisenziyalaşdırma subyektlərinin” sözləri ilə əvəz edilsin;

2.5.2. 28.1-ci maddədə “Lisenziya və icazə verən orqanın” sözləri “Lisenziyalaşdırma subyektləri və onların” sözləri ilə əvəz edilsin və həmin maddəyə “hallarda” sözündən sonra “aidiyyəti üzrə” sözləri əlavə edilsin;

2.5.3. 28.2-ci maddədə “lisenziya və icazə verən orqan” sözləri “müvafiq lisenziyalaşdırma subyekti” sözləri ilə əvəz edilsin;

2.6. həmin Qanuna 1 nömrəli əlavə – “Lisenziya tələb olunan fəaliyyət növlərinin (dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla) siyahısı”nın 10-cu maddəsində “Maye və təbii qaz təsərrüfatı” sözləri “Yanacaqdoldurma və qaz təchizatı” sözləri ilə əvəz edilsin.

Maddə 3. Keçid müddəa

Bu Qanun qüvvəyə mindiyi tarixədək yanacaqdoldurma və qaz təchizatı obyektlərinin istismarı ilə məşğul olan şəxslər həmin obyektlərin istismarı ilə məşğul olmaq üçün bu Qanun qüvvəyə mindikdən sonra üç ay müddətində lisenziya (icazə) almalı, habelə öz fəaliyyətlərinin bu Qanunun tələblərinə uyğunlaşdırılmasını təmin etməlidirlər.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 11 aprel 2025-ci il

SƏNƏDLƏR Fərmanlar 28 aprel 2026
17:12
“Mədəniyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 10 aprel tarixli 384-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Mədəniyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 10...

28 aprel 2026, 17:12
SƏNƏDLƏR Qanunlar 28 aprel 2026
13:57
“Azərbaycan Respublikası Hökuməti ilə Belarus Respublikası Hökuməti arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

2026-cı il yanvarın 16-da Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası...

28 aprel 2026, 13:57
SƏNƏDLƏR Fərmanlar 28 aprel 2026
13:56
“Azərbaycan Respublikası Hökuməti ilə Qvineya Respublikası Hökuməti arasında Qvineya Respublikasında “ASAN xidmət” modelinin tətbiqi ilə bağlı əməkdaşlığa dair Saziş”in təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2026-cı il martın 16-da Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Qvineya Respublikası Hökuməti arasında...

28 aprel 2026, 13:56
SƏNƏDLƏR Fərmanlar 28 aprel 2026
13:55
“Dövlət xidmətləri haqqında” Azərbaycan Respublikasının 2025-ci il 31 oktyabr tarixli 279-VIIQ nömrəli Qanununun tətbiqi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 3 dekabr tarixli 543 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Dövlət xidmətləri haqqında” Azərbaycan Respublikasının 2025-ci il 31 oktyabr tarixli 279-VIIQ nömrəli Qanununun icrası ilə əlaqədar qərara...

28 aprel 2026, 13:55
SƏNƏDLƏR Sərəncamlar 28 aprel 2026
13:54
Sahibkarlıq fəaliyyəti sahəsində fərqlənən şəxslərin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasının iqtisadi inkişafına verdikləri töhfəyə və sahibkarlıq sahəsində səmərəli fəaliyyətlərinə görə...

28 aprel 2026, 13:54
SƏNƏDLƏR Sərəncamlar 28 aprel 2026
12:03
Sel və daşqınların təhlükəli və zərərli təsirlərinə qarşı mübarizə ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Cari ilin mart–aprel ayları ərzində güclü leysan yağışları və yaranan sel suları Bakı şəhərində və Azərbaycanın müxtəlif bölgələrində ciddi dağıntılara səbəb olmuş, kənd təsərrüfatına, infrastruktur (yol, körpü, elektrik)...

28 aprel 2026, 12:03