12 may 2025, 14:00

Sərvər Kərimovdan, Qusar, Azərbaycan

Hörmətli cənab Prezident,

Mən, Qusar rayonunun Salahoba kənd sakiniyəm. Kəndimiz Şirvanlı kəndinə çox yaxındır. Bir neçə gün əvvəl axşam xəbərlərindən Qusar rayonunun Quxuroba – Hiloba – Yasaboba – Əniqoba – Aşağı İmamqulukənd – Şirvanlı avtomobil yolunun əsaslı təmiri ilə bağlı Sizin sərəncamınızı eşidəndə çox sevindim. Çünki, həmin yol pis vəziyyətdə olduğu üçün mən dializ xəstəsi hər həftə Qusar şəhərinə gedərkən daha uzaq olan Şirvanlı-Samur-Qusar yolundan istifadə etməyə məcbur olurdum. Bu isə əlavə xərc və vaxt itkisi demək idi.

Çox sağ olun ki, yolumuzun təmiri üçün qərar qəbul etdiniz. Bu həm yolumuzun rahatlığına, həm daha qısa yolla getməyimizə, həm də xərcimizin azalmasına səbəb olacaqdır.

Sizə ailə üzvlərimin adından təşəkkür edirəm. Allah Sizi qorusun.

Hörmətlə,

Kərimov Sərvər Nizaməddin oğlu

Azərbaycan Respublikası, Qusar rayonu, Salahoba kəndi.