Şıxməhəmməd Şıxkərimovdan, Qusar, Azərbaycan
Möhtərəm Prezident.
Mən Qusar rayonun Mucuqoba kəndinin sakinləri adından Sizə təşəkkür edirəm. Sizin verdiyiniz sərəncamlar, qəbul etdiyiniz qərarlar daim insanların yaşayış şəraitinin yaxşılaşdırılmasına, yaşayış məntəqələrimizin abadlaşmasına xidmət edir. Qusar rayonunun Quxuroba – Hiloba – Yasaboba – Əniqoba – Aşağı İmamqulukənd – Şirvanlı avtomobil yolunun əsaslı təmiri ilə bağlı sərəncamınız da bunun bariz nümunəsidir. Bu sərəncam Mucuqoba kənd sakinlərinin ürəyincə oldu. Mucuqoba kəndi Quxuroba-Şirvanlı yolunun üzərində yerləşir. Həmin yol kəndimizin içindən keçir. Yolun vəziyyəti pis olduğu üçün avtomobillərlə gedib-gələn insanlar çox əziyyət çəkirdilər.
Nəhayət ki, şad xəbər eşitdik. Yolumuz təmir olunacaq.
Çox sağ olun, cənab Prezident. Sizə möhkəm cansağlığı arzulayırıq.
Allah Sizi qorusun.
Hörmətlə,
Şıxməhəmməd Şıxkərimov
Azərbaycan Respublikası, Qusar rayonu, Mucuqoba kəndi.