Əniqoba kənd məktəbinin kollektivi adından, Qusar, Azərbaycan
Hörmətli cənab Prezident!
Qusar rayonunun Quxuroba–Hiloba–Yasaboba–Əniqoba–Aşağı İmamqulukənd–Şirvanlı avtomobil yolunun əsaslı təmiri ilə bağlı imzaladığınız sərəncam bütün kənd ictimaiyyəti, eləcə də məktəbimizin kollektivi tərəfindən böyük ruh yüksəkliyi, sevinc və minnətdarlıq hissi ilə qarşılanıb.
Yol mədəniyyətdir, inkişafdır, insanların rahatlığıdır. Bu sərəncam, eləcə də regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair imzaladığınız digər sənədlər bir daha göstərir ki, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin uğurlu inkişaf strategiyasını layiqincə davam etdirir, bütün sahələrlə yanaşı, ölkəmizdə yol infrastrukturunun yaxşılaşdırılmasını da daim diqqətdə saxlayırsınız. Hər addımınız ilə vətəndaşların yanında olduğunuzu sübut etmisiniz. Bu gün bütün kənd camaatı öz həyatlarında Sizin böyük diqqətinizi, tükənməz qayğınızı hiss edirlər.
Öz adımdan və Əniqoba kənd tam orta ümumtəhsil məktəbinin kollektivi adından Sizə təşəkkür edirəm.
Hörmətlə,
Elçin Həzərəllyev,
Əniqoba kənd tam orta ümumtəhsil məktəbinin direktoru
Azərbaycan Respublikası, Qusar rayonu, Əniqoba kəndi.