Xəyyam İsmayılovdan, Cəlilabad, Azərbaycan
Çox hörmətli cənab Ali Baş Komandan!
Biz xalq olaraq Sizə dərin təşəkkürümüzü bildiririk. Siz hər zaman Azərbaycan xalqına kömək, dəstək olmusunuz.
Siz doğma Azərbaycanımızın inkişafı və tərəqqisi, əhalinin güzəranının yaxşılaşdırılması üçün mühüm işlər görür, yeni təşəbbüslər irəli sürürsünüz. Bölgələrə göstərdiyiniz xüsusi diqqət və qayğı nəticəsində, hər bir şəhər və rayonumuz kimi, Cəlilabad da son illərdə özünəməxsus inkişafa nail olmuşdur. Sizin sayənizdə Cəlilabadımız daha da gözəlləşib, müasirləşib. Yeni-yeni sosial-infrastruktur obyektlərinin inşa edilərək istifadəyə verilməsi, küçələrin müasir üslubda abadlaşdırılması, yolların çəkilməsi və əsaslı təmiri, eləcə də digər işlər rayon sakinlərinin ürəyincədir.
Cənab Prezident, hər zaman Sizi dəstəkləyirik. Sizə bir daha təşəkkürümü bildirirəm.
Hörmətlə,
Xəyyam İsmayılov
Azərbaycan Respublikası, Cəlilabad şəhəri.