06 may 2025, 17:11

Həmid Həmidovdan, Qusar, Azərbaycan

Möhtərəm Prezident.

Mən, Qusar rayonunun Şirvanlı kəndinin sakinləri adından Sizə təşəkkür edirəm. Çünki, Siz daim insanların yaşayış şəraitinin yaxşılaşdırılması üçün çalışırsınız.

Qusar rayonunun Quxuroba–Hiloba–Yasaboba–Əniqoba–Aşağı İmamqulukənd–Şirvanlı avtomobil yolunun əsaslı təmiri ilə bağlı sərəncamınız hər bir Şirvanlı kənd sakininin ürəyincə oldu. Yolun vəziyyəti pis olduğu üçün həmin yolla gedib-gələn insanlar çox əziyyət çəkirdilər. Nəhayət yolumuz rahat olacaq.

Sizə möhkəm cansağlığı və doğma Azərbaycanımızın daha da inkişafı yolunda uğurlar arzulayırıq.

Allah Sizi qorusun.

Hörmətlə,

Həmidov Həmid İsmayıl oğlu

Azərbaycan Respublikası, Qusar rayonu, Şirvanlı kəndi.