Azay Qurbanov və başqalarından, Tərtər, Azərbaycan
Möhtərəm Prezident.
Sizi Tərtər rayonunun Bəyimsarov kəndində məskunlaşmış məcburi köçkünlər adından salamlayır, Sizə uzun ömür, möhkəm cansağlığı arzulayıram.
Artıq uzun illərdir ki, biz bu kənddə məskunlaşmışıq. Azərbaycanımızın hər qarış torpağı bizim üçün əzizdir. Düşmənin 30 il əsarətdə saxladığı torpaqlarımızı Sizin komandanlığınız altında şanlı Ordumuz 44 günə azad etdi. Bu gün Vətənimizin hər yerində Azərbaycan Bayrağı dalğalanır, torpaq üçün canından keçən şəhidlərimizin ruhu sevinir. Biz işğaldan azad edilən Vətən torpağında uyuyan doğmalarımızın məzarlarını rahat ziyarət edə bilirik.
Bizə göstərilən qayğıya görə Sizə çox minnətdarıq.
Hörmətlə,
Qurbanov Azay Murğuz oğlu,
Süleymanov Uğurlu Mirzəli oğlu,
Məmmədov Qabil Məhər oğlu,
Abbasov Xanlar Hüseyn oğlu,
Səfərov Oqtay Məhyəddin oğlu
Azərbaycan Respublikası, Tərtər rayonu, Bəyimsarov kəndi.