Azərbaycan-İran biznes forumunda İlham Əliyevin nitqi

28 aprel 2025, 18:41
Azərbaycan-İran biznes forumunda İlham Əliyevin nitqi
-Hörmətli cənab Prezident, əziz qardaşım.
 
Hörmətli qonaqlar, xanımlar və cənablar.

Bu gün İran İslam Respublikasının Prezidenti cənab Pezeşkianın Azərbaycana rəsmi səfəridir. Deyə bilərəm ki, səfər çox uğurlu keçir. Səfər zamanı əldə edilmiş razılaşmalar, imzalanmış sənədlər bir daha Azərbaycan-İran dostluğunu, qardaşlığını təsdiqləyir. Bir sözlə, bu rəsmi səfərin çox gözəl siyasi nəticələri vardır. İmzalanmış sənədlər arasında xüsusilə prezidentlər tərəfindən imzalanmış Birgə Bəyannaməni qeyd etmək istərdim. Çox ciddi sənəddir və gələcək əməkdaşlıq üçün bizə yol göstərən sənəddir. Əlbəttə, biz istərdik ki, ticarət, iqtisadi əməkdaşlığımız da eyni nəticələri hasil etsin. Əfsuslar olsun ki, bu günə qədər bu, belə olmayıb. Ancaq əminəm ki, bu səfərdən sonra və biznes-forumun nəticələrindən irəli gələrək biz növbəti illərdə ticarət, iqtisadi, sərmayə qoyuluşu və digər bu kimi sahələrdə ciddi irəliləyiş görəcəyik. Mən şadam ki, hörmətli cənab Prezidentlə bərabər Azərbaycana böyük biznes heyəti gəlib. İrandan gələn 120-dən çox iş adamı əminəm ki, Azərbaycanda öz həmkarları ilə artıq təmaslar qurublar və biznes-forum nəticəsində real layihələr meydana gələcək.

Əminəm ki, növbəti dəfə biz biznes-forum keçirəndə bu toplantı salonu tam dolu olacaq. Halbuki indi də nümayəndələrin sayı az deyil, biznes-forumda 400-dən çox iştirakçı vardır. Bu onu göstərir ki, qarşılıqlı maraq kifayət qədər böyükdür. Təbii ki, siyasi əlaqələr güclü olanda biznes dairələri də öz fəaliyyətlərini buna uyğun şəkildə qururlar və hesab edirəm ki, növbəti illərdə ticarət dövriyyəsinin artırılması üçün konkret addımlar atılmalıdır. Bu gün biz statistik rəqəmlərə baxdıqda görürük ki, iki ölkə arasındakı ticarət dövriyyəsi heç bir milyard dollara çatmır və əlbəttə ki, bu, bizi qane edə bilməz. Ona görə ticarət dövriyyəsinin artırılması, qarşılıqlı sərmayə qoyuluşu, müştərək müəssisələrin yaradılması və digər buna oxşar təşəbbüslər əlbəttə ki, təqdirəlayiq olacaq. Hesab edirəm ki, burada aparıcı rol Azərbaycan-İran hökumətlərarası komissiyaya məxsusdur. Mən komissiyanın fəaliyyətini yüksək qiymətləndirirəm. Komissiyanın həmsədrləri, üzvləri müntəzəm olaraq görüşürlər və hər bir görüşün böyük əhəmiyyəti var.

Azərbaycan və İran, eyni zamanda, önəmli beynəlxalq layihələrdə iştirak edir, o cümlədən Şimal-Cənub nəqliyyat dəhlizi üzrə biz sıx əməkdaşlıq edirik. Biz istəyirik ki, bu, sadəcə, nəqliyyat dəhlizi olmasın, həm Azərbaycan, həm də İran ərazisində yol boyunca yeni bizneslərin açılması, yeni sənaye müəssisələrinin yaradılması üçün imkan yaratsın. Bunun üçün kifayət qədər imkanlar var. Çünki hər iki ölkənin çox böyük iqtisadi potensialı var, hər iki ölkədə sahibkarlar sinfi kifayət qədər fəaldır. Sadəcə olaraq, biz gərək iş adamlarımızı bir araya gətirək, necə ki, bu gün biz bunu edirik. Onlara konkret layihələr təqdim olunmalıdır. Ölkələrimizin vergi sistemi, tariflər, sərmayə iqlimi, biznes sahəsindəki qanunvericilik - bütün bunlar iki ölkənin iş adamlarına aydın olmalıdır. Yəni, qaydalar nədir, qanunlar nədir? Ondan sonra əlbəttə ki, böyük sərmayə qoyuluşundan söhbət gedə bilər. Mən hesab edirəm ki, uzun fasilədən sonra Azərbaycan və İran iş adamlarının belə mötəbər toplantısı, xüsusilə prezidentlərin iştirakı ilə biznes-forumun keçirilməsi çox ciddi bir addımdır və əlbəttə ki, biz iş adamlarımızdan konkret nəticələr gözləyirik.

Azərbaycanda dövlət xətti ilə bir çox infrastruktur layihələri həyata keçirilir. Biz İran şirkətlərini bu layihələrdə iştirak etməyə dəvət edirik. Burada həm dəmir yolları, avtomobil yolları, kommunikasiya xətləri, elektrik xətləri - bütün bu layihələr bizdə bu gün əsas gündəlikdədir. Eyni zamanda, erməni işğalından azad edilmiş ərazilərdə hazırda geniş quruculuq işləri gedir. Biz kəndləri, şəhərləri demək olar ki, sıfırdan qururuq. Çünki işğal dövründə Ermənistan bizim bütün şəhər və kəndlərimizi yerlə-yeksan etmişdir. Ona görə orada böyük iş imkanları yaradılır və istərdim ki, İrandan, bizim dost, qardaş ölkədən olan biznesmenlər bu istiqamətdə də işləsinlər.

Biz bu gün müzakirə etdiyimiz məsələlər arasında elektroenergetika məsələlərinə də böyük diqqət ayırdıq. Burada təkcə elektrik stansiyalarının tikintisi yox, eyni zamanda, ötürücü xətlərin tikintisi məsələsi nəzərdə tutulur. Burada da bu sahədə təcrübəsi olan şirkətlər üçün yaxşı fürsətlər, yaxşı imkanlar yaradılır. Biz gələcəkdə iki ölkə arasında həm ikitərəfli, həm də çoxtərəfli - qonşu ölkələrlə birlikdə formatda enerji mübadiləsi layihələrinə də baxa bilərik. Daha doğrusu, bu gün artıq bu, gündəlikdə duran məsələlərdən biridir. Azərbaycanda yaşıl enerjinin istehsalı prosesi artıq başlamışdır və bunun böyük gələcəyi var. Biz beş ildən sonra 6500 meqavat gücündə Günəş, külək və su enerji potensialımızı ortaya qoyacağıq və bunun böyük hissəsi ixracyönümlü enerji növləridir. Bu istiqamətdə əlbəttə ki, indidən hazırlıq işləri aparılmalıdır. Eyni zamanda, Araz dəhlizi layihəsi böyük diqqət cəlb edir, həm bölgəmizdə, həm dünyada, bu layihə ilə bağlı müxtəlif fərziyyələr, müxtəlif şayiələr gəzir. Əslində, buna heç bir əsas yoxdur. Çünki bu, sadəcə olaraq, yeni bir nəqliyyat, bağlantı layihəsidir və Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə İran ərazisindən birləşdirən bir layihədir. Burada, eyni zamanda, böyük tranzit imkanları yaranacaq. Bu, sadəcə olaraq, bu bölgənin layihəsi deyil. Biz hesab edirik ki, bu, Asiyadan Avropaya uzanan nəqliyyat dəhlizinin bir qolu olmalıdır. Bir tərəfi Aralıq dənizinə, bir tərəfi Fars körfəzinə uzanan yeni nəqliyyat bağlantı dəhlizi olmalıdır və bir çox ölkələr bundan fayda götürəcək. Təbii olaraq, bu layihənin ərsəyə gəlməsində əsas rol yenə də bizim ölkələrimizin üzərinə düşür və bu istiqamətdə Azərbaycan tərəfindən aparılan işlər demək olar ki, tamamlanıb. Araz çayı üzərində Azərbaycan tərəfinə düşən körpünün inşası demək olar ki, hazırdır, o cümlədən sərhəd-keçid məntəqəsinin inşası prosesi gedir. Əgər hər şey istədiyimiz kimi olsa, bu ilin sonuna qədər avtomobil körpüsü istismara verilə bilər.

O ki qaldı, dəmir yolu körpüsünə, bu məsələ də müzakirə mövzusudur. Biz dəmir yolumuzu artıq gələn il İran sərhədinə, Zəngilan-Ağbənd istiqamətinə çatdıra bilərik və təbii olaraq İran ərazisində dəmir yolu inşası da nəzərdə tutularsa, o zaman bu da beynəlxalq nəqliyyat dəhlizi olacaq. Yəni, çox geniş perspektivlər açılır və bütün bunları həyata keçirmək üçün əsas amillər var. Birincisi, Azərbaycan-İran arasındakı dostluq, ikincisi, qarşılıqlı siyasi iradə, üçüncüsü bu layihələrin bir çox ölkələrə xidmət göstərməsi və qarşılıqlı fayda verməsi məsələsi. Bu, yəni, əsas məsələlərdən biri olan layihədir.

Təbii ki, kiçik və orta sahibkarlığın inkişafı da həmişə bizim diqqət mərkəzində olub və hesab edirəm ki, biznes dairələri, Azərbaycan, İran iş adamları rəhbərlikdən, yəni siyasi rəhbərlikdən gələn bu mesajları düzgün qəbul edəcəklər və öz fəaliyyətlərində bunu rəhbər tutaraq, konkret iş görməklə bizim ticari-iqtisadi əlaqələrimizi daha da gücləndirəcəklər. Yenə də ümid edirəm ki, növbəti dəfə biz burada görüşəndə bu salon tam dolu olacaq.

Bir daha xoş gəlmisiniz, hörmətli cənab Prezident, əziz qardaşım.

Hörmətli iranlı dostlarımıza da xoş gəlmisiniz deyirəm. Sağ olun.

SƏNƏDLƏR Fərmanlar 15 yanvar 2026
15:01
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 23 dekabr tarixli 321-VIIQD nömrəli Qanununun tətbiqi və “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının 2019-cu il 29 mart tarixli 1532-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 may tarixli 711 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 23...

15 yanvar 2026, 15:01
SƏNƏDLƏR Fərmanlar 15 yanvar 2026
14:59
“Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 23 dekabr tarixli 322-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi...

15 yanvar 2026, 14:59
SƏNƏDLƏR Qanunlar 15 yanvar 2026
14:58
“Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci bəndini rəhbər tutaraq qərara alır:

“Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında”...

15 yanvar 2026, 14:58
SƏNƏDLƏR Qanunlar 15 yanvar 2026
14:57
Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsində, “Nəqliyyat haqqında” və “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 10-cu, 13-cü və 23-cü bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikasının Mülki Məcəlləsində...

15 yanvar 2026, 14:57
SƏNƏDLƏR Qanunlar 15 yanvar 2026
14:56
“Minatəmizləmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 2024-cü il 13 dekabr tarixli 90-VIIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 11-ci, 13-cü, 15-ci, 24-cü, 25-ci və 27-ci bəndlərini rəhbər tutaraq, “Minatəmizləmə...

15 yanvar 2026, 14:56
SƏNƏDLƏR Fərmanlar 15 yanvar 2026
14:55
“Məhkəmələr və hakimlər haqqında” və “Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 23 dekabr tarixli 323-VIIQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Məhkəmələr və hakimlər haqqında” və “Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik...

15 yanvar 2026, 14:55
SƏNƏDLƏR Qanunlar 15 yanvar 2026
14:54
“Məhkəmələr və hakimlər haqqında” və “Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda...

15 yanvar 2026, 14:54
SƏNƏDLƏR Qanunlar 15 yanvar 2026
14:53
“İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:

“İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan...

15 yanvar 2026, 14:53
SƏNƏDLƏR Fərmanlar 15 yanvar 2026
14:52
“Nəqliyyat-ekspedisiya fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 2025-ci il 16 dekabr tarixli 311-VIIQ nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 24 iyun tarixli 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Nəqliyyat-ekspedisiya fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 2025-ci il 16 dekabr tarixli 311-VIIQ nömrəli Qanununun qüvvəyə...

15 yanvar 2026, 14:52
SƏNƏDLƏR Fərmanlar 15 yanvar 2026
14:50
“Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin strukturunun təkmilləşdirilməsi və Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 13 oktyabr tarixli 1465 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin tabeliyində olan qurumların siyahısı”nda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 11 iyul tarixli 435 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin strukturunun təkmilləşdirilməsi və Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 13 oktyabr...

15 yanvar 2026, 14:50