01 may 2025, 16:16

Şəhid övladından, Daşkəsən, Azərbaycan

Hörmətli cənab Prezident!

Mən, Vətən müharibəsi veteranıyam, eyni zamanda şəhid övladıyam. Öz dövlətimdən hər zaman diqqət, xoş münasibət görmüşəm. Həm şəxsi, həm də ümumi xarakterli məsələlərin həlli ilə bağlı müraciətlərim də cavabsız, nəticəsiz qalmır.

Yaşadığım küçə yaxşı vəziyyətdə deyildi. Sözün düzü qonşuların da təkidi ilə bu barədə müraciət etmişdim. Xahişimiz nəzərə alındı. Həm küçəmiz abadlaşdıırldı, həm də yolumuz asfaltlaşdırıldı.

Möhtərəm Prezident, şəhid ailələrinə, müharibə əlillərinə və veteranlarına, həmçinin aztəminatlı ailələrə göstərdiyiniz diqqət və qayğıya görə Sizə şəxsən öz adımdan və küçəmizin sakinləri adından təşəkkür edirəm. Çox sağ olun ki, bu qəbildən olan insanları hər zaman diqqətdə saxlayırsınız.

Allah Sizi qorusun.

Hörmətlə,

Vüsal Vəlizadə,

Vətən müharibəsi veteranı, şəhid övladı

Azərbaycan Respublikası, Daşkəsən şəhəri.