Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində, “Sosial sığorta haqqında”, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Uşaq hüquqları haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Dövlət qulluqçularının ayrı-ayrı kateqoriyaları üçün qısaldılmış iş vaxtı haqqında”, “Dövlət rüsumu haqqında”, “İcra haqqında”, “Ünvanlı dövlət sosial yardımı haqqında”, “Sosial müavinətlər haqqında”, “Əmək pensiyaları haqqında”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyaya qoşulmaq barəsində”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” və “Məşğulluq haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

25 aprel 2025, 17:18

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikasının Əmək Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 4, maddə 213 (Cild I); 2024, № 1, maddə 6, № 4, maddə 365, № 7, maddə 744, № 8, maddə 934; 2025, № 1, maddələr 1, 16; Azərbaycan Respublikasının 2024-cü il 27 dekabr tarixli 110-VIIQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 79-cu maddənin 1-ci hissəsinin yeddinci abzasında “18 yaşınadək əlilliyi müəyyən edilmiş” sözləri “əlilliyi olan uşaq” sözləri ilə əvəz edilsin və həmin abzasa “ailə” sözündən əvvəl “digər” sözü əlavə edilsin;

1.2. 94-cü və 98-ci maddələrin 3-cü hissələrində, 117-ci maddənin 1-ci hissəsində, 130-cu maddənin birinci hissəsinin “ə” və “x” bəndlərində, 133-cü maddənin 3-cü hissəsinin ikinci abzasında, 242-ci maddənin 1-ci və 2-ci hissələrində, 245-ci maddənin 1-ci hissəsinin birinci cümləsində “18 yaşınadək əlilliyi müəyyən edilmiş” sözləri “əlilliyi olan” sözləri ilə əvəz edilsin.

Maddə 2. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 1, maddə 17 (Cild I); 2024, № 1, maddə 13, № 4, maddələr 362, 367, № 5 (I kitab), maddə 484, № 6 (I kitab), maddə 637, № 12 (I kitab), maddə 1283) 67-1.4.1-ci maddəsinə “işləməyən” sözündən sonra “şəxslər” sözü əlavə edilsin və həmin maddədə “18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər” sözləri “əlilliyi olan uşaqlar” sözləri ilə əvəz edilsin.

Maddə 3. Azərbaycan Respublikasının Ailə Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 3 (I kitab), maddə 126 (Cild I); 2024, № 5 (I kitab), maddə 484, № 6 (I kitab), maddə 637, № 7, maddələr 763, 765, 769, 772; Azərbaycan Respublikasının 2024-cü il 27 dekabr tarixli 114-VIIQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:

3.1. 81.1-ci maddədə “müəyyən edilmiş” sözləri “olan” sözü ilə əvəz edilsin;

3.2. 84.2.3-cü və 85.1.2-ci maddələrdə “18 yaşınadək əlilliyi müəyyən edilmiş” sözləri “əlilliyi olan ümumi uşağa” sözləri ilə, “uşağa” sözü “övlada” sözü ilə əvəz edilsin.

Maddə 4. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 4 (II kitab), maddə 251 (Cild I); 2024, № 1, maddələr 8, 18, № 3, maddə 250, № 7, maddə 772, № 11, maddə 1189, № 12 (II kitab), maddələr 1330, 1350; 2025, № 1, maddə 1; Azərbaycan Respublikasının 2024-cü il 27 dekabr tarixli 114-VIIQD və 115-VIIQD nömrəli, 2025-ci il 28 fevral tarixli 143-VIIQD nömrəli və 7 mart tarixli 153-VIIQD nömrəli qanunları) 47.4.1-ci maddəsində “və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə” sözləri “şəxslərə və ya əlilliyi olan uşaqlara” sözləri ilə əvəz edilsin.

Maddə 5. Azərbaycan Respublikası Vergi Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (I kitab), maddə 583 (Cild I); 2024, № 2, maddə 138, № 4, maddə 365, № 5 (I kitab), maddə 498, № 6 (I kitab), maddələr 630, 638, № 7, maddə 747, № 8, maddələr 932, 933, 934, № 10, maddə 1118, № 11, maddə 1182, № 12 (I kitab), maddə 1282, № 12 (II kitab), maddə 1345; Azərbaycan Respublikasının 2024-cü il 27 dekabr tarixli 110-VIIQD nömrəli, 2025-ci il 3 fevral tarixli 135-VIIQD nömrəli və 18 mart tarixli 161-VIIQD nömrəli qanunları) 102.3-cü maddəsinə birinci halda “edilmiş” sözündən sonra “şəxslərin” sözü əlavə edilsin və həmin maddədə “18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərin, daimi qulluq tələb edən 18 yaşınadək əlilliyi müəyyən edilmiş” sözləri “əlilliyi olan uşaqların, daimi qulluq tələb edən əlilliyi olan uşağa” sözləri ilə əvəz edilsin.

Maddə 6. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (III kitab), maddə 586 (Cild I); 2024, № 4, maddə 365, № 5 (I kitab), maddələr 489, 503, № 8, maddə 934; 2025, № 1, maddə 15) aşağıdakı dəyişikliklər edilsin:

6.1. 80.4-cü maddədə “18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə” sözləri “əlilliyi olan uşaqlara” sözləri ilə əvəz edilsin;

6.2. 82.2-ci maddədə “şəxslərə, 18 yaşınadək əlilliyi müəyyən edilmiş məhkumların” sözləri “məhkumların, əlilliyi olan məhkum uşaqların” sözləri ilə əvəz edilsin;

6.3. 95.2-ci maddənin birinci cümləsində “şəxslərə, 18 yaşınadək əlilliyi müəyyən edilmiş məhkumlara” sözləri “məhkumlara, əlilliyi olan məhkum uşaqlara” sözləri ilə əvəz edilsin;

6.4. 100.2-ci maddədə və 104.1-ci maddənin ikinci cümləsində “şəxslərə, 18 yaşınadək əlilliyi müəyyən edilmiş məhkumlar” sözləri “məhkumlar, əlilliyi olan məhkum uşaqlar” sözləri ilə əvəz edilsin.

Maddə 7. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 5, maddə 348 (Cild I); 2024, № 5 (I kitab), maddə 498, № 6 (I kitab), maddə 630, № 11, maddə 1182, № 12 (II kitab), maddə 1348; Azərbaycan Respublikasının 2024-cü il 27 dekabr tarixli 110-VIIQD nömrəli Qanunu) 14.5.1-1.9-cu maddəsində “18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər” sözləri “əlilliyi olan uşaqlar” sözləri ilə əvəz edilsin.

Maddə 8. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 6, maddə 497 (Cild I); 2024, № 6 (I kitab), maddələr 631, 639, № 12 (II kitab), maddələr 1332, 1350; 2025, № 1, maddə 16) 16-cı maddəsinin üçüncü hissəsində “18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsləri” sözləri “əlilliyi olan uşaqları” sözləri ilə əvəz edilsin.

Maddə 9. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 8, maddə 484 (Cild I); 2024, № 5 (I kitab), maddə 503, № 12 (II kitab), maddə 1335) 36-cı maddəsində aşağıdakı dəyişikliklər edilsin:

9.1. adında “18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə” sözləri “Əlilliyi olan uşağa” sözləri ilə əvəz edilsin;

9.2. birinci hissədə “18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə” sözləri “Əlilliyi olan uşağa” sözləri ilə, “həmin şəxsə” sözləri “həmin uşağa” sözləri ilə əvəz edilsin və həmin hissədən “məbləğdə” sözü çıxarılsın.

Maddə 10. “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 8, maddə 477 (Cild I); 2024, № 5 (I kitab), maddə 501, № 12 (II kitab), maddə 1336; Azərbaycan Respublikasının 2025-ci il 7 mart tarixli 151-VIIQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:

10.1. 1-ci maddənin birinci hissəsinin on beşinci abzasında “18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər” sözləri “əlilliyi olan uşaqlar” sözləri ilə əvəz edilsin;

10.2. 7-ci maddənin ikinci hissəsinin ikinci cümləsində “18 yaşınadək əlilliyi müəyyən edilmiş” sözləri “əlilliyi olan” sözləri ilə əvəz edilsin.

Maddə 11. “Dövlət qulluqçularının ayrı-ayrı kateqoriyaları üçün qısaldılmış iş vaxtı haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 9, maddə 575 (Cild I) 2-ci maddəsinin mətnində “18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə” sözləri “əlilliyi olan uşaqlara” sözləri ilə əvəz edilsin.

Maddə 12. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 12, maddə 740 (Cild I); 2024, № 1, maddələr 10, 16, № 6 (I kitab), maddə 637, № 7, maddələr 747, 751, 775, № 8, maddə 933, № 11, maddə 1187, № 12 (II kitab), maddə 1351; 2025, № 1, maddə 1; Azərbaycan Respublikasının 2024-cü il 29 dekabr tarixli 121-VIIQD nömrəli və 2025-ci il 18 mart tarixli 161-VIIQD nömrəli qanunları) 11.1.3-cü maddəsinə “işləməyən” sözündən sonra “şəxslər” sözü əlavə edilsin və həmin maddədə “18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər” sözləri “əlilliyi olan uşaqlar” sözləri ilə əvəz edilsin.

Maddə 13. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 3, maddə 114 (Cild I); 2024, № 4, maddə 365; 2025, № 1, maddə 1; Azərbaycan Respublikasının 2024-cü il 29 dekabr tarixli 119-VIIQD nömrəli Qanunu) 68.1.3-cü maddəsində “18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə” sözləri “əlilliyi olan uşaqlara” sözləri ilə əvəz edilsin.

Maddə 14. “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 11, maddə 1005 (Cild I); 2025, № 1, maddə 16) 3-cü maddəsinin mətnində “18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə” sözləri “əlilliyi olan uşağa” sözləri ilə əvəz edilsin.

Maddə 15. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 2, maddə 76 (Cild I); 2025, № 1, maddə 16) aşağıdakı dəyişikliklər edilsin:

15.1. 4.0.1.14-cü və 4.0.1.15-ci maddələrdə “18 yaşınadək əlilliyi müəyyən edilmiş” sözləri “əlilliyi olan” sözləri ilə əvəz edilsin;

15.2. 7-ci maddə üzrə:

15.2.1. 7.0.10-4-cü və 7.0.10-5-ci (hər iki halda) maddələrdə “18 yaşınadək əlilliyi müəyyən edilmiş” sözləri “əlilliyi olan” sözləri ilə əvəz edilsin;

15.2.2. 7.0.11-ci maddədə “uşaqlarının” sözü “övladlarının” sözü ilə əvəz edilsin;

15.3. 9-cu maddə üzrə:

15.3.1. 9.1.4.2-ci maddədə “uşaqlarına” sözü “övladlarına” sözü ilə əvəz edilsin;

15.3.2. 9.1.11-ci və 9.1.12-ci maddələrdə “18 yaşınadək əlilliyi müəyyən edilmiş” sözləri “əlilliyi olan” sözləri ilə əvəz edilsin;

15.4. 11.1.8-ci, 11.1.9-cu, 12.1-ci maddələrdə və 12.2-ci maddənin birinci cümləsində “18 yaşınadək əlilliyi müəyyən edilmiş” sözləri “əlilliyi olan” sözləri ilə əvəz edilsin.

Maddə 16. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 3, maddə 208 (Cild I); 2024, № 2, maddə 137, № 5 (I kitab), maddələr 489, 491, № 6 (I kitab) maddə 644; 2025, № 1, maddə 16; Azərbaycan Respublikasının 2024-cü il 27 dekabr tarixli 110-VIIQD nömrəli və 2025-ci il 3 fevral tarixli 133-VIIQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:

16.1. 8.1-ci maddədə “əlilliyi müəyyən edilmiş” sözləri “əlilliyi olan” sözləri ilə əvəz edilsin;

16.2. 21.2.4-cü maddədə “və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə” sözləri “əlilliyi müəyyən edilmiş şəxsə və ya əlilliyi olan uşağa” sözləri ilə əvəz edilsin.

Maddə 17. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyaya qoşulmaq barəsində” Azərbaycan Respublikasının 2008-ci il 2 oktyabr tarixli 686-IIIQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 11, maddə 953 (Cild I) ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiya”da aşağıdakı dəyişikliklər edilsin:

17.1. preambulanın “s)” bəndində “əlillər” sözü “əlilliyi olan şəxslər” sözləri ilə əvəz edilsin;

17.2. 4-cü maddənin 3-cü hissəsindən birinci halda “şəkildə” sözü çıxarılsın;

17.3. 23-cü maddənin 1-ci hissəsinin “c)” bəndində “əlillərin” sözü “əlilliyi olan şəxslərin” sözləri ilə əvəz edilsin;

17.4. 24-cü maddə üzrə:

17.4.1. 2-ci hissənin “a)” bəndində “əlil” sözü “əlilliyi olan” sözləri ilə əvəz edilsin;

17.4.2. 3-cü hissənin “c)” bəndində “18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərin” sözləri “əlilliyi olan uşaqların” sözləri ilə əvəz edilsin;

17.5. 28-ci maddənin 2-ci hissəsinin “b)” bəndində “əlil” sözü “əlilliyi olan” sözləri ilə əvəz edilsin.

Maddə 18. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 7 (I kitab), maddə 1386 (Cild I); 2024, № 5 (I kitab), maddələr 501, 503; 2025, № 1, maddə 16) aşağıdakı dəyişikliklər edilsin:

18.1. 1.0.17-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 1.0.18-ci maddə əlavə edilsin:

“1.0.18. Azərbaycan işarət dili – eşitmə qabiliyyəti tam məhdud olan azərbaycandilli şəxslərin qollar, əllər və barmaqlardan eyni zamanda istifadə edilməklə fikirlərini ifadə etməsi.”;

18.2. 5.0.1-ci maddədə və 11.4-cü maddənin birinci və ikinci cümlələrində ismin müvafiq hallarında “18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər” sözləri ismin müvafiq hallarında “əlilliyi olan uşaqlar” sözləri ilə əvəz edilsin;

18.3. aşağıdakı məzmunda 12-1-ci maddə əlavə edilsin:

“Maddə 12-1. Əlilliyi olan şəxslərin məlumat əldə etməsinin təmin olunması

12-1.1. Dövlət əlilliyi olan şəxslərin məlumat əldə etmək hüququna təminat verir.

12-1.2. Azərbaycan Respublikasının dövlət dilinin şifahi formada istifadəsi zamanı eşitmə qabiliyyəti tam məhdud olan şəxslər üçün Azərbaycan işarət dili ünsiyyət dili kimi rəsmi tanınır.

12-1.3. Dövlət büdcəsindən maliyyələşən, habelə ictimai yayımçı statusuna malik olan ümumölkə yerüstü televiziya yayımçıları praym-taym zamanı yayımladıqları informasiya xarakterli proqramlarının Azərbaycan işarət dilinin tərcüməsi ilə müşayiət olunmasını təmin edirlər.

12-1.4. Azərbaycan işarət dilinin tərcüməsini müvafiq təhsilə və ixtisasa malik olan şəxslər həyata keçirirlər.

12-1.5. Dövlət tərəfindən audiovizual əsərlərin subtitrləşdirilməsi təşviq edilir.”;

18.4. 18-ci maddə üzrə:

18.4.1. adında “18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərin” sözləri “Əlilliyi olan uşaqların” sözləri ilə əvəz edilsin;

18.4.2. 18.1-ci maddədə “18 yaşınadək əlilliyi müəyyən edilmiş” sözləri “Əlilliyi olan” sözləri ilə əvəz edilsin və həmin maddədən “olan” sözü çıxarılsın;

18.4.3. 18.2-ci maddədə “18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərin” sözləri “əlilliyi olan uşaqların” sözləri ilə əvəz edilsin;

18.4.4. 18.3-cü maddədə “18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsləri” sözləri “əlilliyi olan uşaqları” sözləri ilə əvəz edilsin;

18.5. 19-cu maddə üzrə:

18.5.1. adında “18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərin” sözləri “Əlilliyi olan uşaqların” sözləri ilə əvəz edilsin;

18.5.2. 19.1-ci maddədə “18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərin” sözləri “əlilliyi olan uşaqların” sözləri ilə əvəz edilsin;

18.6. 32.3-cü maddədə “18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər” sözləri “əlilliyi olan uşaqlar” sözləri ilə əvəz edilsin.

Maddə 19. “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 8, maddə 1669 (Cild I); 2024, № 7, maddə 762, № 8, maddə 934; 2025, № 1, maddə 16) 1.1.22-ci maddəsində “18 yaşınadək əlilliyi müəyyən edilmiş” sözləri “əlilliyi olan” sözləri ilə əvəz edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 11 aprel 2025-ci il 

SƏNƏDLƏR Sərəncamlar 04 sentyabr 2026
15:03
A.K.Əcəmovun Azərbaycan Respublikasının Niderland Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:                      

Anar Keykavus oğlu Əcəmov Azərbaycan Respublikasının Niderland Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilsin.

İlham Əliyev

Azər...

04 sentyabr 2026, 15:03
SƏNƏDLƏR Sərəncamlar 04 sentyabr 2026
15:02
V.İ.Sadıqovun Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:                    

Vaqif İsmayıl oğlu Sadıqov Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasında fövqəladə və səlahiyyətli səfiri təyin edilsin.

İlham Əliyev

...

04 sentyabr 2026, 15:02
SƏNƏDLƏR Məktublar 03 sentyabr 2026
11:11
San Marino Respublikasının Regent Kapitanları Zati-aliləri xanım Aliçe Minaya və cənab Vladimiro Selvaya

Zati-aliləri,

San Marino Respublikasının milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir və ən xoş arzularımı çatdırıram.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, məsul fəaliyyətini...

03 sentyabr 2026, 11:11
SƏNƏDLƏR Sərəncamlar 02 sentyabr 2026
13:35
Azərbaycan Respublikası vətəndaşlarının 2026-cı il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 26-cı bəndini rəhbər tutaraq, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 12.3-cü və 40.1-ci maddələrinə əsasən və Azərbaycan Respublikasının Silahlı Qüvvələrini şəxsi heyətlə k...

02 sentyabr 2026, 13:35
SƏNƏDLƏR Sərəncamlar 02 sentyabr 2026
13:34
Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 5 iyun tarixli 3910 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 5 iyun tarixli 3910 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 6, maddə 806 ...

02 sentyabr 2026, 13:34
SƏNƏDLƏR Fərmanlar 02 sentyabr 2026
13:33
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 7 avqust tarixli 1573 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Dövlət adından yaradılan və dövlət büdcəsindən vəsait alan publik hüquqi şəxslərin əməkhaqqı sisteminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-...

02 sentyabr 2026, 13:33
SƏNƏDLƏR Fərmanlar 02 sentyabr 2026
13:32
“Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ilə Qırğız Respublikasının Milli Statistika Komitəsi arasında statistika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2026-cı il iyulun 31-də Çolpon-Ata şəhərində imzalanmış “Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ilə Qırğız Respublikasının Milli Statistika Komit...

02 sentyabr 2026, 13:32
SƏNƏDLƏR Fərmanlar 02 sentyabr 2026
13:31
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin və hərbi məhkəmələrin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 5, maddə 765 (Cild ...

02 sentyabr 2026, 13:31