İlham Əliyev Pekində “China Energy Engineering Corporation Limited” şirkətinin sədri ilə görüşüb

24 aprel 2025, 08:42
İlham Əliyev Pekində “China Energy Engineering Corporation Limited” şirkətinin sədri ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 24-də Pekində “China Energy Engineering Corporation Limited” (“Energy China”) şirkətinin sədri Sonq Hailianq ilə görüşüb.

Görüşdə “China Energy Engineering Corporation Limited” şirkətinin Azərbaycanda hazırda bir neçə layihə həyata keçirdiyi vurğulandı. Qeyd edildi ki, şirkət Xəzər dənizində 1 qiqavatlıq külək enerjisi meqalayihəsinin podratçısıdır. “China Energy Engineering Corporation Limited” Füzuli rayonunda Günəş enerjisi və digər layihələrə isə investisiya yatırıb.

Sonq Hailianq rəhbərlik etdiyi şirkət tərəfindən Azərbaycanla birlikdə enerji dəhlizlərində əməkdaşlıqla bağlı təkliflərlə çıxış etdi.

Dövlətimizin başçısı “China Energy Engineering Corporation Limited” şirkəti ilə əməkdaşlığın prioritetliyinə və strateji xarakterinə toxundu.

Söhbət zamanı uzunmüddətli birgə enerji planlaşdırma layihəsi ilə bağlı fikir mübadiləsi aparıldı. Qeyd edək ki, Azərbaycan Prezidentinin Çinə dövlət səfəri çərçivəsində bununla da bağlı sənəd imzalanıb.

Görüşdə Azərbaycanda gələcəkdə enerji tədqiqat mərkəzinin yaradılması ilə bağlı məsələlər müzakirə olundu. Şirkətin suyun idarəedilməsində böyük təcrübəsi nəzərə alınaraq, bu sahədə də əməkdaşlıqla bağlı fikir mübadiləsi aparıldı.

Qeyd edək ki, fəaliyyət dairəsinə bərpaolunan enerji layihələri ilə yanaşı, hidrogen enerjisi, enerjinin saxlanması və iri elektrik şəbəkələrinin tikintisi kimi istiqamətlər daxil olan şirkətin 147 ölkədə 256 filialı var. Hazırda 416 layihəsi icra olunan şirkət Çinin bərpaolunan enerji bazarının 50 faizinə nəzarət edir.

gallery-photogallery-photogallery-photogallery-photo
XƏBƏRLƏR Tədbirlər 31 avqust 2026
18:25
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qırğızıstanın paytaxtı Bişkek şəhərində keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 31-də Qırğızıstanın paytaxtı Bişkek şəhərində keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər.

Dünya Köçəri Oyunlarının əsas məqsədlərindən biri ə...

31 avqust 2026, 18:25
XƏBƏRLƏR Tədbirlər 31 avqust 2026
14:55
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistanın Baş naziri Nikol Paşinyanın görüşü ilə bağlı mətbuat üçün bəyanat

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2026-cı il avqustun 31-də Bişkekdə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Zirvə toplantısı çərçivəsində Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanla görüş keçirib.

Liderlər 8 avqust 2025-ci il tarix...

31 avqust 2026, 14:55
SƏNƏDLƏR Sərəncamlar 27 avqust 2026
15:35
“Sabah” futbol klubuna maliyyə dəstəyi göstərilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:                         

1. UEFA Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazanması ilə əlaqədar Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsində nəzərd...

27 avqust 2026, 15:35