23 aprel 2025, 18:20

Cəbrayıl Nəsirovdan, Cəlilabad, Azərbaycan

Hörmətli Prezident, cənab Ali Baş Komandan!

Siz bizim xalqın istiqlaliyyət tarixində xilaskar rolunu oynayan bir Lidersiniz. Məhz Sizin rəhbərliyinizlə Azərbaycan bütün dünyanın hesablaşdığı ölkələrlə bir sırada dayanıb.

Siz ümummilli lider Heydər Əliyevin yolunu davam etdirərək Azərbaycanı inkişaf etdirdiniz. Son illər ölkəmizdə görülən işlər sevindirici və qürurludur.

Siz daim xalqımızın rifahı naminə çalışır, bizim daha yaxşı yaşamağımız üçün əlinizdən gələni edirsiniz.

Sizin sayənizdə çiçəkləşən və abadlaşan bölgələr arasında Cəlilabad da var. Rayonumuz günü-gündən gözəlləşir. Sakinlər görülən abadlıq işlərinə görə Sizə minnətdardır.

Şərəfli işinizdə Sizə uğurlar arzulayırıq, cənab Prezident!

Uğurlarınız bol olsun!

Hörmətlə,

Nəsirov Cəbrayıl Mətləb oğlu

Azərbaycan Respublikası, Cəlilabad rayonu, Abazallı kəndi