25 aprel 2025, 14:05

Qənbər Əliyevdən, Cəlilabad, Azərbaycan

Hörmətli Prezident cənab İlham Əliyev,

Biz Sizin apardığınız praqmatik siyasətin müsbət nəticələrni görür, Sizin səfərlərinizi, çıxışlarınızı izləyir, hər zaman Sizi dəstəkləyirik. Hər zaman Sizin yanınızdayıq.

Sizin rəhbərliyiniz dövründə Azərbaycan sürətlə inkişaf etməkdədir. Bu inkişaf özünü hər bir sahədə, hər bir şəhər və rayonda göstərir. Bizim rayon da bu cərgədədir. Yeni-yeni istehsal müəssisələrin açılması, aqrar sahəyə dəstəyin göstərilməsi sənaye və kənd təsərrüfatı məhsullarının artımına səbəb olmuş, ümumilikdə əhalinin güzəranıın yaxşılaşmasına gətirib çıxarmışdır.

Gələcək işlərinizdə də Sizə uğurlar arzu edirəm, cənab Prezident.

Hörmətlə,

Əliyev Qənbər

Azərbaycan Respublikası, Cəlilabad rayonu, Bayxanlı kəndi.