İlham Əliyev Müdafiə Sənayesi Nazirliyinin təcrübə-sınaq zavodunun əsaslı yenidənqurmadan sonra açılışında iştirak etmişdir

17 dekabr 2012, 18:55
İlham Əliyev Müdafiə Sənayesi Nazirliyinin təcrübə-sınaq zavodunun əsaslı yenidənqurmadan sonra açılışında iştirak etmişdir

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Sənayesi Nazirliyinin təcrübə-sınaq zavodunun əsaslı yenidənqurmadan sonra açılışında iştirak etmişdir.

Dövlət başçısı zavodun rəmzi açılışını bildirən lenti kəsdi.

Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin zavodun həyətində ucaldılmış abidəsinin önünə gül dəstəsi qoydu.

Sonra Prezident İlham Əliyev müəssisənin inzibati binasında yaradılmış Heydər Əliyev Muzeyinə baxdı. Ümummilli lider Heydər Əliyevin büstünün qoyulduğu muzeydə ulu öndərin ölkəmizdə ordu quruculuğuna verdiyi töhfələr, eləcə də Prezident İlham Əliyevin ordunun və müdafiə sənayesinin inkişafına göstərdiyi diqqət və qayğı geniş əks olunmuşdur.
Daha sonra dövlətimizin başçısı müəssisənin inzibati binasının tədris otağında yaradılmış şəraitlə tanış oldu. Müdafiə sənayesi naziri Yavər Camalov bildirdi ki, 2012-ci ildən etibarən Nazirliyin sifarişi ilə Azərbaycan Texniki Universitetində xüsusi texnika və texnologiya fakültəsi yaradılmışdır. Yetmiş dörd tələbənin təhsil aldığı fakültədə silah və silah sistemləri, optotexnika, priotexnika vasitələrinin istehsal, kompozisiya materiallarının, müdafiə təyinatlı məmulatların hazırlanması texnologiyaları, çoxkanallı trapasfer rabitə cihazlarının istismar və təmiri ixtisasları tədris olunur.

Müəssisə ilə tanışlıq zamanı bildirildi ki, zavod 1990-cı ildə Bakı Aviasiya İstehsalat Birliyinin “Klimat” Konstruktor Bürosu kimi fəaliyyətə başlamışdır. Sovet İttifaqının süqutundan sonra müəssisənin fəaliyyəti məhdudlaşmışdır. Zavodun yenidən qurulmasında əsas məqsəd atıcı silahların, o cümlədən avtomatların, pulemyotların, snayper tüfənglərinin yaradılması, modernləşdirilməsi və kütləvi istehsalın təşkili istiqamətində elmi-tədqiqat, təcrübi-konstruktor işlərinin aparılması, xüsusi standartlara uyğun sınaq metodikaları və proqramlarının tələblərinə cavab verən nümunələrin hazırlanmasından ibarətdir.

Konstruktor Bürosunun fəaliyyəti ilə tanış olan Prezident İlham Əliyevin diqqətinə çatdırıldı ki, Müdafiə Sənayesi Nazirliyi yaradıldıqdan sonra büronun işi təkmilləşdirilmiş, bənzəri olmayan ilk milli “İstiqlal” snayper tüfənginin yaradılması başa çatdırılmış və istehsalı təmin edilmişdir. Hazırda burada “İstiqlal-2”, “İstiqlal-4”, “İstiqlal-1T”, “Şimşək-9” və digər müdafiə təyinatlı silahlar sınaqdan keçirilir. Azərbaycan Prezidentinin verdiyi tapşırıqların icrasının təmin edilməsi ilə əlaqədar müdafiə təyinatlı məmulatların yaradılması və istehsalının mənimsənilməsi üçün Konstruktor Bürosunun fəaliyyət çevikliyi diqqət mərkəzində saxlanılır. Bu məqsədlə konstruktorların daha məhsuldar çalışmalarını təmin edən yeni inzibati bina və müasir istehsal, sınaq nümunələrini yığma sahələri yaradılmış və digər zəruri vasitələrlə təmin edilmişdir. Konstruktor Bürosu da müasir avadanlıqla təmin olunmuşdur. Burada proqramla idarə olunan 3 və 4 koordinatlı frez və torna emal mərkəzləri, universal frez, lazer həkketmə və lazer erroziya dəzgahları qurulmuşdur.
Prezident İlham Əliyev müəssisədə layihələndirilən və hazırlanan müşahidə cihazları, zirehli texnika və atıcı silahlara baxdı. Məlumat verildi ki, zavodda hazırlanan xüsusi təyinatlı “Gürzə” patrul maşını 2,5 ton yükgötürmə qabiliyyətinə malikdir. Ən son yeniliklərlə təchiz olunan bu maşın “Toyota HİLOYX 12” modelinin bazasında yaradılmışdır və yalnız Azərbaycanda yığılır.

Dövlətimizin başçısı sükan arxasına əyləşib xüsusi təyinatlı “Gürzə” patrul maşınını idarə etdi.

Məlumat verildi ki, 2012-ci ildə 437 adda müdafiə təyinatlı məmulatın istehsalı üzrə müqavilə bağlanmışdır. Bu ilin nəticələrinə görə, istehsal olunan və sifarişçilərə təhvil veriləcək müdafiə təyinatlı məmulatın həcmi 2007-ci illə müqayisədə 25 dəfədən artıq olacaqdır. Nazirliyin tabeli müəssisələrində istehsalı mənimsənilən müdafiə təyinatlı məmulatın çeşidinin sayı isə 700-ə çatdırılmışdır.

Prezident İlham Əliyev zavodda yaradılmış şəraitdən razılığını bildirdi, müvafiq tövsiyə və tapşırıqlarını verdi. 

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Sərəncamlar 02 may 2025
16:31
Bakı şəhəri Xəzər rayonunun Mərdəkan qəsəbəsində yerləşən Pir Həsən ziyarətgahında təmir-bərpa işlərinin həyata keçirilməsi üçün vəsait ayrılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Bakı şəhəri Xəzər rayonunun Mərdəkan qəsəbəsində yerləşən Pir Həsən ziyarətgahında təmir-bərpa işlərinin həyata keçirilməsi...

02 may 2025, 16:31
SƏNƏDLƏR Fərmanlar 01 may 2025
16:15
“Dövlət qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi və Azərbaycan Respublikası Prezidentinin “Dövlət qulluqçularının aylıq vəzifə maaşının müəyyən edilməsi haqqında” 2018-ci il 13 mart tarixli 3787 nömrəli, “Dövlət qulluqçularının aylıq vəzifə maaşlarının müəyyən edilməsi və “Dövlət qulluqçularının aylıq vəzifə maaşının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 13 mart tarixli 3787 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” 2019-cu il 18 iyun tarixli 1268 nömrəli sərəncamlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 1 mart tarixli 1611 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

PDF yükləyin

01 may 2025, 16:15
SƏNƏDLƏR Qanunlar 01 may 2025
16:13
“Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci bəndini rəhbər tutaraq qərara alır:

“Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında”...

01 may 2025, 16:13
SƏNƏDLƏR Sərəncamlar 01 may 2025
13:30
Qusar rayonunun Quxuroba–Hiloba–Yasaoba–Əniqoba–Aşağı İmamqulukənd–Şirvanlı avtomobil yolunun əsaslı təmiri ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Beş min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Quxuroba–Hiloba–Yasaoba–Əniqoba–Aşağı...

01 may 2025, 13:30
SƏNƏDLƏR Fərmanlar 30 aprel 2025
16:53
“Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 yanvar tarixli 724 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası...

30 aprel 2025, 16:53
SƏNƏDLƏR Sərəncamlar 29 aprel 2025
16:09
Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 5 iyun tarixli 3910 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Elektrik enerjisi və su təchizatı sahələrində idarəetmənin təkmilləşdirilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında”...

29 aprel 2025, 16:09