Azərbaycanın birinci xanımı Mehriban Əliyeva, qızı Leyla Əliyeva və digər ailə üzvləri Pekində Böyük Xalq Sarayı ilə tanış olublar

23 aprel 2025, 11:24
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva, qızı Leyla Əliyeva və digər ailə üzvləri Pekində Böyük Xalq Sarayı ilə tanış olublar

Aprelin 23-də Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva, qızı Leyla Əliyeva və digər ailə üzvləri Pekində Böyük Xalq Sarayı ilə tanış olublar.

Pekinin mərkəzində, Tiananmen meydanının qərb tərəfində yerləşən Böyük Xalq Sarayı Çinin ən yüksək səviyyədə dövlət tədbirlərinin və mərasimlərinin, o cümlədən Çin Kommunist Partiyasının qurultaylarının, ali qanunverici orqan olan Çin Xalq Nümayəndələri Yığıncağının illik iclaslarının keçirildiyi, xarici dövlətlərin rəhbərlərinin rəsmi qarşılanma mərasimlərinin təşkil olunduğu dövlət sarayıdır.

Çin Xalq Respublikasının qurulmasının 10-cu ildönümü ilə əlaqədar inşa edilmiş Böyük Xalq Sarayı 1959-cu ildə istifadəyə verilib. Çin xalqının milli birliyinin rəmzi olaraq dizayn edilmiş saray 3 hissədən ibarətdir. Kompleksə Böyük və Əsas auditoriumlar, Konqres, ziyafət, rəsmi qonaqların qarşılanması zalları, Çin Xalq Nümayəndələri

Yığıncağı Daimi Komitəsinin ofis binası daxildir. Böyük Xalq Sarayında Çinin hər bölgəsinin adına zallar var.

Saray dövlət tədbirlərinin olmadığı vaxtlarda ayın müəyyən günlərində ictimaiyyətin ziyarəti üçün açıq olur.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55