23 aprel 2025, 15:10

Rüstəm Nəsirov və başqalarından, Sabirabad, Azərbaycan

Hörmətli cənab Prezident.

Biz kənd ağsaqqalları, ziyalıları və sakinləri Sabirabad rayonunda görülən abadlıq və quruculuq işlərinə görə Sizə öz minnətdarlığımızı və təşəkkürmüzü bildiririk.

Azərbaycanın bir parçası olan Sabirabad ümumi inkişafa uyğun olaraq dəyişir və gözəlləşir. Rayonun hansı bir səmtinə nəzər yetirsən yaşıllıq diqqəti cəlb edir. Küçələrin abadlaşdırılması və işıqlandırılması işləri də təqdirəlayiqdir. Biz ağsaqqallar yaxşı dərk edirik ki, görülən bütün bu işlər Sizin tövsiyə və tapşırığınıza uyğun olaraq icra olunur.

Allahdan Sizə uzun ömür, möhkəm cansağlığı arzulayırıq, əziz Prezidentimiz.

Hörmətlə,

Nəsirov Rüstəm, Qaralar kənd Ağsaqqallar Şurasının sədri,

Məmmədov Niyaməddin, Qaralar kənd Ağsaqqallar Şurasının sədr müavini,

Quliyev Arif,

Əliyev Hikmət,

Qurbanov Cəlal və başqaları (104 nəfər).

Azərbaycan Respublikası, Sabirabad rayonu, Qaralar kəndi.