Xahişləri həyata keçən kənd sakinləri adından, Masallı, Azərbaycan
Hörmətli cənab Prezident.
Həyata keçirdiyiniz uğurlu sosial-iqtisadi siyasətə, əhalinin problemlərinin həllini nəzərdə tutan dövlət proqramlarına, xahiş və istəklərimizin nəzərə alınmasına görə Sizə şəxsən özümün və kənd camaatının adından dərin təşəkkürümü bildirir, daim uğurlar arzu edirəm.
Sizin ölkəmizə rəhbərliyiniz dövründə Azərbaycanın dörd bir yanı kimi, Masallı rayonu da böyük inkişaf yolu keçmişdir. Neçə-neçə istehsal müəssisələri açılmış, yeni iş yerləri yaradılmış, əhalinin rifahı və həyat səviyyəsi yüksəlmişdir. Vaxtaşırı ortaya çıxan bəzi məsələlər də müraciətlərimiz əsasında yoluna qoyulur. Biz – Təzə Alvadı kənd sakinləri Ələt-Astara magistral avtomobil yolunun kənd ərazisindən keçən hissəsində nəqliyyatın hərəkətinin daha yaxşı tənzimlənməsi və təhlükəsizliyin təmin olunması ilə bağlı Sizə müraciət etmişdik. Məsələ artıq öz həllini tapmışdır.
Cənab Prezident, Sizin siyasətinizi dəstəkləyirik. Allah Sizi və ailənizi qorusun.
Hörmətlə,
Rəşad Fərəcov
Azərbaycan Respublikası, Masallı rayonu, Təzə Alvadı kəndi.