Natiq Cavadovdan, Gəncə, Azərbaycan
Möhtərəm cənab Prezident.
Mən 2025-ci ildə Gəncənin MDB-nin idman paytaxtı elan edilməsi ilə bağlı Sizin göstərişinizlə bu gün şəhərimizdə həyata keçirilən çox böyük bərpa-quruculuq işlərinin aparılmasına görə hədsiz dərəcədə sevinir və qürur duyuram. Şəhərdə küçələr genişləndirilir, yenidən asialtlaşdırılır, işıqlandırma sistemi yeniləşdirilir, yaşıllaşdırma işləri aparılır və tarixi abidələr bərpa edilir. Gəncə stadionu yenidən qurulur və bu yaxınlarda şəhər sakinlərinin istifadəsinə veriləcəkdir.
Bütün bunlar Nizami yurdu doğma Gəncəmizi daha da gözəl və füsunkar edir. Gəncədə aparılan genişmiqyaslı bu işlər Prezident kimi Sizə inamımızı və rəğbətimizi daha da artırır.
Bir Gəncə sakini kimi, Sizə gəncəlilər adından sonsuz minnətdarlığımızı bildirir və yeni-yeni uğurlara imza almağınızı arzu edirəm.
Tanrı Sizi və doğmalarınızı qorusun.
Hörmətlə,
Cavadov Natiq Əli oğlu.
Azərbaycan Respublikası, Gəncə şəhəri.