Elçin Cavadov və başqalarından, Gəncə, Azərbaycan
Hörmətli cənab Prezident.
Sizin doğma Azərbaycanımızın inkişafı və dünyada tanınması uğrunda apardığınız işlər əvəzsizdir. Xalqımızın firavan yaşaması, torpaqlarımızın azad olunması, Qarabağda, eləcə də digər regionlarda gedən abadlıq-quruculuq işləri Sizin apardığınız məqsədyönlü siyasətin nəticəsidir.
Gəncə şəhərinin bugünkü inkişaf səviyyəsinə çatmasında Sizin böyük xidmətləriniz vardır. Sizin ölkəmizə rəhbərliyiniz dövründə şəhər infrastrukturunun, yol-nəqliyyat sisteminin yenilənməsi, tarixi binaların bərpası və eləcə də digər işlərin uğurla icra olunması Gəncənin gözəlliyinə gözəllik qatmışdır. Gəncə şəhərində çox böyük miqyasda asfaltlanma, eləcə də digər təmir-bərpa işlərinin aparılması barədə göstəriş verdiyinizə görə Sizə öz adımızdan və Gəncə şəhəri sakinləri adından dərin minnətdarlığımızı bildiririk.
Möhtərəm Prezident, Sizi əmin edirik ki, bütün Gəncəlilər siyasətinizi daim dəstəkləyərək həmişə Sizinlədir. Sizə bir daha təşəkkür edir, qüdrətli ölkəmizin xoşbəxt gələcəyi üçün bütün işlərinizdə bol-bol uğurlar arzulayırıq.
Tanrı Sizi hifz etsin.
Hörmətlə,
Cavadov Elçin Məhəmməd oğlu,
Yaqubov Emin Kərim oğlu,
Əliyev Sabir İsfəndiyar oğlu,
Musayev Etibar Adil oğlu,
Kazımov Bəhman Qafar oğlu,
Quliyev Şəhriyar Nizami oğlu,
İmanov Rizvan Məhəmmədəli oğlu,
Məmmədov Tahir Cəlil oğlu
Azərbaycan Respublikası, Gəncə şəhəri.