“Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1115-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

19 aprel 2025, 11:28

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 5-ci və 6-cı bəndlərini rəhbər tutaraq, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1115-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alır:

Maddə 1. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 1, maddə 17 (Cild I); 2024, № 1, maddə 13, № 4, maddələr 362, 367, № 5 (I kitab), maddə 484, № 6 (I kitab), maddə 637, № 12 (I kitab), maddə 1283) 10-1.2-ci maddəsində “müvafiq icra hakimiyyəti orqanının” sözləri “Məhkəmə-Hüquq Şurasının” sözləri ilə əvəz edilsin.

Maddə 2. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (II kitab), maddə 585 (Cild I); 2024, № 1, maddə 4, № 4, maddələr 362, 365, 368, № 6 (I kitab), maddə 631; Azərbaycan Respublikasının 2024-cü il 29 noyabr tarixli 77-VIIQD nömrəli və 27 dekabr tarixli 114-VIIQD nömrəli Qanunu) 51-1.2-ci maddəsində “müvafiq icra hakimiyyəti orqanının” sözləri “Məhkəmə-Hüquq Şurasının” sözləri ilə əvəz edilsin.

Maddə 3. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 10, maddə 762 (Cild I); 2024, № 12 (I kitab), maddə 1281) 9-1.2-ci maddəsində “müvafiq icra hakimiyyəti orqanının” sözləri “Məhkəmə-Hüquq Şurasının” sözləri ilə əvəz edilsin.

Maddə 4. “Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 1, maddə 8 (Cild I); Azərbaycan Respublikasının 2024-cü il 7 noyabr tarixli 65-VIIQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:

4.1. 11-ci maddə üzrə:

4.1.1. 11.0.4-1-ci maddədə hər iki halda “2” rəqəmi “1” rəqəmi ilə əvəz edilsin və həmin maddədən “, habelə müvafiq icra hakimiyyəti orqanının müraciəti olduqda, tədris fəaliyyətində və ya birinci və apellyasiya instansiyası məhkəmələrində “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 86-cı maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş sahələr üzrə işin təşkili vəziyyətinin yoxlanılmasında iştirak etmək üçün həmin quruma” sözləri çıxarılsın;

4.1.2. aşağıdakı məzmunda 11.0.4-4–11.0.4-9-cu maddələr əlavə edilsin:

“11.0.4-4. məhkəmə statistikasının aparılması, məhkəmələrdə kargüzarlığın təşkil edilməsi, icra və əmək intizamına riayət olunması üçün tədbirlər görür, birinci və apellyasiya instansiyası məhkəmələrində bu sahələr üzrə işin təşkili vəziyyətini yoxlayır;

11.0.4-5. hakimlərin əmək və sosial hüquqlarının təmin edilməsi üçün tədbirlər görür;

11.0.4-6. məhkəmələr tərəfindən məhkəmə fəaliyyətinin təşkilinə dair ümumiləşdirmələri öyrənir, təhlil edir, məhkəmə statistikası sahəsində statistika hesabatının formasını müəyyənləşdirir, habelə statistika hesabatlarını ümumiləşdirir və dərc edir;

11.0.4-7. birinci instansiya məhkəməsinin hakimi öz vəzifələrini yerinə yetirə bilmədikdə və ya hakim vəzifəsi vakant olduqda, həmin məhkəməyə digər müvafiq məhkəmənin hakiminin onun razılığı ilə 1 ilədək müddətə ezam edilməsi məsələsini müzakirə edir;

11.0.4-8. birinci instansiya məhkəmələrində sədr və sədr müavini öz vəzifələrini yerinə yetirə bilmədikdə və ya sədr və sədr müavini vəzifələri vakant olduqda onların vəzifələrinin icrasını müvəqqəti olaraq həmin məhkəmənin hakimlərindən birinə həvalə edilməsi məsələsini müzakirə edir;

11.0.4-9. Azərbaycan Respublikasının Ali Məhkəməsi, Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi və apellyasiya məhkəmələri istisna olmaqla, digər məhkəmələrin hakimlərinə məzuniyyət verir;”;

4.1.3. 11.0.12-1-ci maddədə “və 3–5-ci” sözləri “, 3–5-ci, 8-ci (hakimin Azərbaycan Respublikası vətəndaşlığına xitam verilməsi halında) və ya 9-cu” sözləri ilə əvəz edilsin;

4.2. 12-ci maddə üzrə:

4.2.1. aşağıdakı məzmunda 12.0.1-1-ci maddə əlavə edilsin:

“12.0.1-1. məhkəmələrdə kargüzarlığın aparılması, o cümlədən işlərin təsadüfi və avtomatik şəkildə elektron qaydada bölüşdürülməsi və elektron qaydada yayılan məhkəmə qərarlarının anonimləşdirilməsi qaydalarını müəyyən etmək;”;

4.2.2. 12.0.4-1-ci maddədə hər iki halda “2” rəqəmi “1” rəqəmi ilə əvəz edilsin və həmin maddədən “, habelə müvafiq icra hakimiyyəti orqanının müraciəti olduqda, tədris fəaliyyətində və ya birinci və apellyasiya instansiyası məhkəmələrində “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 86-cı maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş sahələr üzrə işin təşkili vəziyyətinin yoxlanılmasında iştirak etmək üçün həmin quruma” sözləri çıxarılsın;

4.2.3. aşağıdakı məzmunda 12.0.4-3-cü və 12.0.4-4-cü maddələr əlavə edilsin:

“12.0.4-3. birinci instansiya məhkəməsinin hakimi öz vəzifələrini yerinə yetirə bilmədikdə və ya hakim vəzifəsi vakant olduqda, həmin məhkəməyə digər müvafiq məhkəmənin hakimini onun razılığı ilə 1 ilədək müddətə ezam etmək;

12.0.4-4. birinci instansiya məhkəmələrində sədr və sədr müavini öz vəzifələrini yerinə yetirə bilmədikdə və ya sədr və sədr müavini vəzifələri vakant olduqda onların vəzifələrinin icrasını müvəqqəti olaraq həmin məhkəmənin hakimlərindən birinə həvalə etmək;”;

4.2.4. 12.0.8-1-ci maddədə “və 3–5-ci” sözləri “, 3–5-ci, 8-ci (hakimin Azərbaycan Respublikası vətəndaşlığına xitam verilməsi halında) və ya 9-cu” sözləri ilə əvəz edilsin;

4.2.5. aşağıdakı məzmunda 12.0.16-1-ci maddə əlavə edilsin:

“12.0.16-1. Azərbaycan Respublikasının Ali Məhkəməsi, Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi və apellyasiya məhkəmələri istisna olmaqla, digər məhkəmə aparatlarının strukturunu və ştat cədvəlini müəyyən etmək;”;

4.2.6. 12.0.20-ci maddəyə “keçirmək” sözündən sonra “, hakimlərin peşə hazırlığının artırılması, məhkəmə aparatı işçilərinin peşə hazırlığına və ixtisasının artırılmasına cəlb edilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanına müraciət etmək” sözləri əlavə edilsin;

4.3. 19-cu maddə üzrə:

4.3.1. 19.2-ci maddə aşağıdakı redaksiyada verilsin:

“19.2. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hakimlər barəsində intizam icraatı Məhkəmə-Hüquq Şurasının öz təşəbbüsü ilə və ya həmin Qanunun 112-ci maddəsinin birinci hissəsində göstərilmiş şəxslərin müraciətinə əsasən yalnız Məhkəmə-Hüquq Şurası tərəfindən başlanıla bilər.”;

4.3.2. 19.3-cü maddədə “etməyə borcludurlar” sözləri “etməlidirlər” sözü ilə əvəz edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 28 fevral 2025-ci il

SƏNƏDLƏR Sərəncamlar 03 iyun 2025
17:23
Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi və bəzi birinci instansiya məhkəmələri hakimlərinin vəzifələrinin dəyişdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Məhkəmə-Hüquq Şurasının təkliflərini nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 9-cu və 32-ci bəndlərini rəhbər tutaraq qərara alıram:

1. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası...

03 iyun 2025, 17:23
SƏNƏDLƏR Qanunlar 03 iyun 2025
17:21
“Azərbaycan Respublikası ilə Beynəlxalq Mülki Aviasiya Təşkilatı arasında aviasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində universal yoxlamalar proqramı çərçivəsində davamlı monitorinq mexanizminə dair Anlaşma Memorandumu”nun təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

2023-cü il avqustun 1-də Bakı şəhərində və sentyabrın 8-də Monreal şəhərində...

03 iyun 2025, 17:21
SƏNƏDLƏR Sərəncamlar 03 iyun 2025
12:56
Qaraməryəm–İsmayıllı–Şəki magistralını Oğuz rayonunun Calut, Mollalı, Yemişanlı, Dəymədərə, Tərkeş və Dəymədağlı kəndləri ilə birləşdirən avtomobil yollarının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Qaraməryəm–İsmayıllı–Şəki magistralını dörd min nəfər əhalinin yaşadığı Calut, Mollalı, Yemişanlı, Dəymədərə, Tərkeş...

03 iyun 2025, 12:56
SƏNƏDLƏR Sərəncamlar 02 iyun 2025
15:49
“Azərbaycan Respublikası ilə Avstriya Respublikası arasında iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, texnika və texnologiya sahələrində əməkdaşlıq üzrə Qarışıq Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 10 avqust tarixli 437 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikası ilə Avstriya Respublikası arasında iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, texnika və texnologiya...

02 iyun 2025, 15:49
SƏNƏDLƏR Fərmanlar 02 iyun 2025
15:47
“Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 oktyabr tarixli 1007-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 11 aprel tarixli 179-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının...

02 iyun 2025, 15:47